Məhkəmə qərarları › İş №2(018)-394/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-394/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-394/2024 21.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X34 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X7, X15, X19 ilə yanaşı ona - X20 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdir ki, o, ailə üzüvləri ilə birlikdə Astara rayonu Maşxan kəndində yaşayır. Aparılan torpaq islahatı zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 1997-ci il. 15 dekabr tarixli 91 saylı Qərarı ilə onların ailəsinə kənd təsəsrrüfat məhsulları istehsal etməkdən ötrü 0.96 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara 19 avqust 2002 - ci ildə torpağın mülkiyyətinə verilməsinə dair JN-541 saylı Dövlət Aktı verilmişdir.X37 1-ci səhifəsində torpaq mülkiyyətçilərinin soyadı, adı və ünvanı bölməsinin 1 - ci qrafasında X2 və ata adı səhvən “X28” kimi qeyd edilmişdir. Onların ailəsində bu soyadında və ata adında adam yoxdur. Bu barədə Astara rayon Təngərüd kənd İcra nümayəndəliyində akt tərtib edilmişdir. Həmin akt məhkəməyə təqdim edilir. Həmin aktın 1-ci qrafasında X21 adının qeyd edilməsini və həmin hüquqmüəyyənedici sənədin ona məxsus olunmasının təsdiq edilməsini istəyirik.Daha sonra X37 1-ci səhifəsinin 2-ci qrafasında mərhum X3 adının əvəzinə X11 adı, soyadı və ata adı qeyd edilmişdir. Bu barədə də Astara rayonu Təngərüd kənd icra nümayəndəliyində akt tərtib edilmişdir. Həmin aktda məhkəməyə təqdim edilir. Həmin aktın ikinci qrafasında X11 adının ləğv edib X3 adının yazılmasını və hüquqmüəyyənedici sənədin X4 məxsus olmasının təsdiq edilməsini istətirik. Daha sonra X37 1-ci səhifəsinin 5-ci qrafasında Ərizəçi əvəzinə X5 yazılmışdır. Qeyd edirik ki, X22 ailəsində X6 adlı şəxs olmamaışdır və hal hazırdada yoxdur. Bu barədə Astara rayonu Təngərüd kənd icra nümayəndəliyində akt tərtib edilmişdir. Həmin aktda məhkəməyə təqdim edilir. Dövlət aktının 1-ci səhifəsinin 5 - ci qrafasında “X8nın adını ləğv edib, Ərizəçi adının qeyd edilməsini və hüquqmüəyyənedici sənəddin ona məxsus olmasının təsdiq olunmasını istəyirik. Onlar həmin torpaq sahəsinə Çıxarış almaqdan ötrü. Dövlət Ryestr Xidmətinə 13 fevral 2023 - cü il tarixdə və 31 mart 2023 - cü il tarixlərdə müraciət ediblər.06 mart 2023-cü il tarixdə və 17 aprel 2023 cü il taürixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Ryestr Xidmətinin 10 saylı Ərazi İdarəsinin X23ma ünvanladığı məktublarda qeyd edilir ki, "Odur ki, gələcəkdə sözü gedən pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN-541 nömrəli Dövlət Aktı üzrə 2 - ci qrafada barəsində qeyd olunan mülkiyyətçi X11 adının təkrarən həmin dövlət aktında 4-cü qrafada qeyd olunmasının səbəblərinin məhkəmə qaydasında araşdırmaqla, təkrar qeydiyyata düzəliş edilərək ailə üzvlərindən hər - hansı birinin adının həmin akta əlavə edilməsi, zərurət olmadığı təqdirdə isə bütövlükdə təkrar qeydin ləğv edilməsi, habelə islahatın müvafiq qərarının həmin şəxsə münasibətdə qismən ləğv edilməsinə dair inzibati icraat qaydasında baxmaqla qəbul edilmiş məhkəmə qərarı təqdim olunduğu təqdirdə müraciətinizə təkrar baxıla bilər” cavabı verilmişdir. JN - 0541 saylı Dövlət Aktının 1-ci səhifəsinin 1-ci qrafasında mülkiyyətçi kimi yazılmış "X28” yazılışına düzəliş edib, həmin hüquqmüəyyənedici sənədin "X25“ məxsus olması faktını, X37 1-ci səhifəsinin 2-ci qrafasında mülkiyyətçi kimi “X16” yazılışını ləğv edib hüquqmüəyyənedici sənədin “X4” məxsus olması və sənədin onun adına yazılması faktını, həmin aktın 1 - ci səhifəsinin 5-ci qrafasında “X6” yazılışını ləğv edib X12 adının yazılması və hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçin, nümayəndəsi və vəkili Vəkil dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0541 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X39 təsdiq edilmiş surətindən görünür ki, Astara rayon AİK-nın 15.12. 1997 -ci il tarixli 91 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Ərizəçi və ailə üzvlərinin mülkiyyətinə 0.96 ha torpaq sahəsi verilib. İş materiallarında olan Vİİ-ЖГ 415500 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ölməsi ölüm haqqında akt qeydləri kitabında 03 iyul 1997 ci il tarixdə, 25 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İ 717509 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 ölməsi ölüm haqqında akt qeydləri kitabında 05 yanvar 2016 -ci il tarixdə, 03 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, vəsiqənin ad, soyad ata adı qrafalarında Ərizəçi yazılmışdır. İş materiallarında olan JN-0541 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X39 təsdiq edilmiş surətindən görünür ki, JN-0541 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X42 Ərizəçi adı səhv olaraq, X1 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin aktın surətindən görünür ki, 541 saylı Dövlət akt üzrə qeydiyyat aparılan birgə payçılardan Ərizəçi adına qeydiyyat aparılması qanunamüvafiq hesab edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-0541 KOD 80110028 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X10, X9, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin olunsun. JN-0541 KOD 80110028 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X10, X9, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar