Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-395/2023 13.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia verərək STN14-1564 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında-1065 (min altmış beş) manat əsas borc, 335 (üç yüz otuz beş) manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 35 (otuz beş) manat 40 (qırx) qəpik dövlət rüsumu ilə birlikdə ümumilikdə 1435 (min dörd yüz otuz beş) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, STN14-1564 nömrəli alqı satqı müqaviləsinə əsasən cavabdeh “Texnoplus” mağazasından dəyəri 1199 (min yüz doxsan doqquz) manat olan “Televizor Lg” markalı mobil telefonu ilkin ödəniş 100 (yüz) manat olmaqla, 18 ay ödəniş etmək şərti ilə kreditə almışdır. Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, STN14-1564 nömrəli alqı satqı müqaviləsinə əsasən cavabdeh “Texnoplus” mağazasından dəyəri 1199 (min yüz doxsan doqquz) manat olan “Televizor Lg” markalı mobil telefonu ilkin ödəniş 100 (yüz) manat olmaqla, 18 ay ödəniş etmək şərti ilə kreditə almışdır. Lakin, cavabdeh üzərinə götürmüş öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən 16 yanvar 2023-cü il tarixədək xx.xx.2022-cu il tarixli müqaviləsi üzrə 1065 (min altmış beş) manat əsas, 335 (üç yüz otuz beş) manat dəbbə pulu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-cu il tarixli, STN14-1564 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-ndən 1199 (min yüz doxsan doqquz) manat olan “Televizor Lg” markalı mobil telefonu ilkin ödəniş 100 (yüz) manat olmaqla, 18 ay ödəniş etmək şərti ilə kreditə almışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, Cavabdehnun xx.xx.2022-cu il tarixli müqaviləsinə əsasən İddiaçı MMC-yə ödənilməmiş 1065 (min altmış beş) manat əsas, 335 (üç yüz otuz beş) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-cu il tarixli müqavilələ üzrə borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2022-cu il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 335 (üç yüz otuz beş) manat məbləğindəki dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar 35 manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-cu il tarixli müqaviləyə əsasən 1065 (min altmış beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 1075 (min yetmiş beş) manat borc və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-395/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-395/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver