Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-397/2023 13.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS PRO, İMEİ KOD **********50985 XİAOMİ REDMİ 10 markal telefon üçün 1262 (bir min iki yüz altmış iki) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat cərimə; ümumilikdə 1388 (min üç yüz otuz səkkiz) manat borc və 33 (otuz üçü) manat 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS PRO, İMEİ KOD **********50985 XİAOMİ REDMİ 10 markal telefon almış və nəticədə 1388 (min üç yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, cavabdehdən APPLE AİRPODS PRO, İMEİ KOD **********50985 XİAOMİ REDMİ 10 markal telefon üçün 1262 (bir min iki yüz altmış iki) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat cərimə; ümumilikdə 1388 (min üç yüz otuz səkkiz) manat borc və 33 (otuz üçü) manat 88 (səksən səkkiz) qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS PRO, İMEİ KOD **********50985 XİAOMİ REDMİ 10 markal telefon almışdır. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən APPLE AİRPODS PRO, İMEİ KOD **********50985 XİAOMİ REDMİ 10 markal telefonüçün 1262 (bir min iki yüz altmış iki) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat cərimə; ümumilikdə 1388 (min üç yüz otuz səkkiz) manat məbləğində borcu yaranmışdır; İşdə olan olan təhvil-təslim aktından məlum olur ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC APPLE AİRPODS PRO, İMEİ KOD **********50985 XİAOMİ REDMİ 10 markal telefonCavabdeh təhvil vermiş və aktı hər iki tərəf imzalarıyla təsdiq etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 33 (otuz üçü) manat 88 (səksən səkkiz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya 1388 (min üç yüz otuz səkkiz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz ) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh 1262 (bir min iki yüz altmış iki) manat ödənilməmiş hissə, 06 (altı) manat cərimə; ümumilikdə 1268 (min iki yüz altmış səkkiz) manat borc və dövlət rüsumu üçün ödənilmiş 33 (otuz üçü) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-397/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-397/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver