Məhkəmə qərarları › İş №2(018)-421/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-421/2025

19.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-421/2025 19.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X2 maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Kakalos kəndində xx.xx.1999cü il tarixdə anadan olmuş X4 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, xx.xx.1999-cü il təvəllüdlü X6 onun doğma övladıdır. O, "Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş beynin zədələnməsi və disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər pozuntular. Üzvi sayıqlama (şizofreniya bənzər) pozuntusu. Üzvi şizofreniyayabənzər pozuntu, kognitiv funksiyaların enməsi ilə əlaqədar Astara rayon X3 şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda durur. Əsas Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin tərəfindən verilmiş arayış. X10 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti yoxdur. Onun başqasının xidmətinə ehtiyacı vardır. Qızına o. xidmət, qulluq edir. Qızının əmək qabiliyyəti yoxdur.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən X10nın orqanizmin funksiyaları 80 faiz pozulmuş, ikinci qrup əlillik müəyyən edilmişdir. Astara rayonu, Kakalos kəndində xx.xx.1999-cü il tarixdə anadan olmuş X4 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 683 saylı rəyin nəticə hissəsindən aydın olur ki, yoxlanılan şəxs X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. K.E.Qafarovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar. İş materiallarında olan Astara RİHB Şüvi kənd İƏDÜN-nin 713 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 rayonu, Kakalos kəndində yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA6432340 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 683 saylı rəyini nəzərə alaraq, məhkəmə 01 sentyabr 1999-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 sentyabr 1999-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar