Məhkəmə qərarları › İş №2(018)-422/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-422/2025

13.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-422/2025 13.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi X6 nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi X6 maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X11 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X7 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi X6 nümayəndəsi X13 ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi X11 ərizədə göstərmişdi ki, xx.xx.1974-cü il təvəllüdlü X12 ilə faktiki olaraq 2002-ci ildə evlənmişlər. xx.xx.2003-cü il tarixdə Vəliağa adlı uşaqları anadan olmuşdur. Nikahlarını isə xx.xx.2006-ci il tarixdə rəsmiləşdirmişlər. X5 anadangəlmə "Uşaq serebral iflicinin qalıq əlamətləri, hiperinetik forma, mator və hiss forması, eşitmənin itirilməsi, debillik" xəstəliyindən əziyyət çəkir. O, bu diaqnoz ilə Astara rayon X4 şöbəsinin nevroloji kabinetində dispenser qeydiyyatında durur. Əsas Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-26/3-3080/2024 saylı məktubu, əri X1 olan qüsurlarına görə öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilmir. Akif Rufullayevin xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti yoxdur. O, xəstə olduğuna görə ona xidmət göstərir. Xəstəliyinə görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. xx.xx.1974-cü il təvəllüdlü X7 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçi X6 nümayəndəsi X9 dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 715 saylı rəyin nəticə hissəsindən aydın olur ki, yoxlanılan şəxs X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək iqtidarına malik deyil. A.V.Rufullayevi psixi vəziyyətinə görə fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. İş materiallarında olan Astara RİHB Kakalos kənd İƏDÜN-nin 816 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 rayonu, Kakalos kəndində yaşayır. İş materiallarında olan Astara RİHB Kakalos kənd İƏDÜN-nin 817 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 rayonu, Kakalos kəndində yaşayır İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA6306915 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 715 saylı rəyini nəzərə alaraq, məhkəmə 22 aprel 1974-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 aprel 1974-cü il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar