Məhkəmə qərarları › İş №2(018)-426/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-426/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-426/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmeninin rəhbəri Süleymanlı R.X iddia verərək:

1. 20 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən soyuducu Hoffman üçün 396 (üç yüz doxsan altı) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə;

2. 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********31622 Samsung Galaxy A10S markalı telefon üçün 252 (iki yüz əlli iki) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə;

3. 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********92248 Xiaomi Redmi 9 markalı telefon üçün 146 (bir yüz qırx altı) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat, 70 (yetmiş) qəpik cərimə, ümumillikdə 874 (səkkiz yüz yetmiş dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 20 oktyabr 2020-ci il tarixli, 03 mart 2021-ci il tarixli, 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Hoffman, İmei Kodu **********31622 Samsung Galaxy A10S markalı telefon, İmei Kodu **********92248 Xiaomi Redmi 9 markalı telefon almış və nəticədə 874 (səkkiz yüz yetmiş dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 592 (beş yüz doxsan iki) manat, 80 (səksən) qəpik soyuducu Hoffman üçün ümumilikdə 435 (dörd yüz otuş beş) manat, 40 (qırx) qəpik olmaqla, ondan 396 (üç yüz doxsan altı) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə; 03 mart 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 405 (dörd yüz beş) manat, 40 (qırx) qəpik İmei Kodu **********31622 Samsung Galaxy A10S markalı telefon üçün ümumilikdə 277 (iki yüz yetmiş yeddi) manat, 60 (altmış) qəpik olmaqla, ondan 252 (iki yüz əlli iki) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə; 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat, 40 (qırx) qəpik Kodu **********92248 Xiaomi Redmi 9 markalı telefon üçün ümumilikdə 161 (bir yüz altmış bir) manat olmaqla, ondan 146 (bir yüz qırx altı) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 14 (on dörd) manat, 70 (yetmiş) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 652 (altı yüz əlli iki) manat, 90 (doxsan) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2020-ci il tarixli, 21254517 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən soyuducu Hoffman almışdır. İş materiallarına əlavə olunmuş 03 mart 2021-ci il tarixli, 22331182 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********31622 Samsung Galaxy A10S markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 06 avqust 2020-ci il tarixli, 21053018 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********92248 Xiaomi Redmi 9 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 20 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 396 (üç yüz doxsan altı) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, 03 mart 2021-ci il tarixli müqaviləsinə əsasən 252 (iki yüz əlli iki) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən 146 (bir yüz qırx altı) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat, 70 (yetmiş) qəpik cərimə, cəmi 874 (səkkiz yüz yetmiş dörd) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 20 oktyabr 2020-ci il, 03 mart 2021-ci il tarixli, 06 avqust 2020-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 20 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 39 (otuz doqquz) manat məbləğindəki dəbbə pulu azaldırlaraq 07 (yeddi) manat həddində, 03 mart 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 25 (iyirmi beş) manat məbləğindəki dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində, 06 avqust 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 14 (on dörd) manat, 70 (yetmiş) qəpik məbləğindəki dəbbə pulu silinərək 03 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 20 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 396 (üç yüz doxsan altı) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 07 (yeddi) manat cərimə, 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən 252 (iki yüz əlli iki) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 05 (beş) manat cərimə, 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 146 (bir yüz qırx altı) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə, ümumilikdə 810 (səkkiz yüz on) manat, 30 (otuz) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 20 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə 32 (otuz iki) manat hissəsində, 03 mart 2021-ci il tarixli müqaviləsi üzrə 20 (iyirmi) manat hissəsində, 06 avqust 2020-ci il tarixli müqaviləsi üzrə 11 (on bir) manat, 70 (yetmiş) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar