Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-448/2023 20.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin baş direktoru İsrafilzadə H.F. iddia verərək:xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********22241 XİAOMİ REDMİ 9 markalı telefon üçün 94 (doxsan dörd) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə;xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən SOYUDUCU HOFFMANN üçün 1176 (min yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 04 qəpik cərimə;xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********15387 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON üçün 560 (beş yüz altmış) manat 04 (dörd qəpik) ödənilməmiş hissə, 56 (əlli altı) manat 96 (doxsan altı) qəpik cərimə borcu yaranmışdır. Ümumilikdə 2015 manat borc, 40.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, İmei kodu **********22241 XİAOMİ REDMİ 9 markalı telefon üçün 94 (doxsan dörd) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu yaranmışdır. SOYUDUCU HOFFMANN üçün SOYUDUCU HOFFMANN üçün 1176 (min yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 04 qəpik cərimə borcu yaranmışdır. İMEİ KODU **********15387 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON üçün 560 (beş yüz altmış) manat 04 (dörd qəpik) ödənilməmiş hissə, 56 (əlli altı) manat 96 (doxsan altı) qəpik cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 287 (iki yüz səksən yeddi) manat 10 (on qəpik) təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 40 (qırx) manat 55 (əli beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********22241 XİAOMİ REDMİ 9 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən SOYUDUCU HOFFMANN almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********15387 XİAOMİ REDMİ 9T MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 94 (doxsan dörd) manat 20 (iyirmi) qəpik əsas, cərimə 36 (otuz altı) manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1176 (min yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat 04 qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 560 (beş yüz altmış) manat 04 (dörd qəpik) ödənilməmiş hissə, 56 (əlli altı) manat 96 (doxsan altı) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat 55 (əli beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 94 (doxsan dörd) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 80 (səksən) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1176 (min yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, 07 (yeddi) manat 04 (dörd) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 560 (beş yüz altmış) manat 04 (dörd qəpik) ödənilməmiş hissə, 06 (altı) manat 96 (doxsan altı) qəpik cərimə; ümumilikdə 1846 (min səkkiz yüz qırx altı) manat borc və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat 55 (əli beş) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-448/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-448/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver