Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-453/2023 05.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı2 nümayəndəsi, həm də İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Astara Rayon Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş 30 .07.2021-ci il tarixli çıxarışın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X5 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu mərhum X7 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı və çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X5 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu mərhum X7 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara Bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı2 nümayəndəsi, həm də İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsində göstərmişdilər ki, dünyasını dəyişən X10 onların atası cavabdeh X6 doğma qardaşıdır. X1 və onlar onun mərhum anası X5 məxsus Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,6 hektar torpaq sahəsində tikdiyi evdə yaşamışlar. Qeyd olunan yaşayış sahəsi 1990-cı illərdə tikilib. X3 anası X4 vəfatından sonra miras əmlaka həm faktiki sahiblik həm də idarə etmişdir. Sonradan X3 dünyasını dəyişmiş və bundan sonra onlar qeyd olunan torpaq sahəsində yaşamışlar. Miras əmlakı faktiki idarə etmişlər. Yaxınlarda onlara məlum olmuşdur ki, əmisi X8 qeyd olunan torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir və bu işlə bağlı onunla danışıqları olmuş, və cavabdeh ona bildirmişdir ki, miras qalmış torpaq sahəsindən onlara pay düşmür. Qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edib mirasın qəbulun rəsmiləşdirməmişlər. Bundan əlavə onlara məlum olmuşdur ki, cavabdeh Astara rayon Bələdiyyəsi digər Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq onların qanuni sahibliyində olan 0,08 ha torpaq sahəsini qeyd olunan cavabdehə satmış və bunun əsasında Cavabdeh2 mülkiyyəti təsdiq edən sənəd sayılan çıxarışı əldə etmişdir. Qanunvericiliyə əsasən şəxsin qanuni sahibliyində olan torpaq sahəsinin digər şəxsə satılması qanuni olmadığından həmin torpağın satılması ilə bağlı olan müqavilə və çıxarış etibarsız sayılır. Buna baxmayaraq, Astara Bələdiyyəsi heç bir araşdırma aparmadan, torpağın kimin sahibliyində olmasına əhəmiyyət vermədən qeyd olunan torpaq sahəsini Elmdar Ağayeva deyil, onun qızına satmışdır. Çünki formalaşmış adətə əsasən torpaq sahəsini çox nadir hallarda övladın adına rəsmiləşdirilir. Burada məqsəd bələdiyyə vasitəsiylə qeyd olunan torpaq sahəsini cavabdeh hərrac və ya müsabiqə keçirmədən əldə etməkdir. Ona görə ki, cavabdeh Elmdar Ağayev anasından miras qalmış torpaqın varisi olduğundan və hal-hazırda yaşadığı torpaq sahəsi ona məxsus olduğundan bələdiyyə tərəfindən birbaşa qaydada torpağı əldə edə bilməzdi. Bu halın müavilənin etibarsız sayılmasının əsas göstəricisidir. Odur ki, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X5 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu mərhum X7 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş 30 .07.2021-ci il tarixli çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək, bildirdi ki, anasından qalan miras əmlakın bölünməsinə razıdır, lakin iddianın alqı-satqı hissəsini qəbul etmir. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 onlara qarşı mirasın qəbul edilmə faktı, torpaq sahəsinin paylarına düşən hissəsinin müəyyən olunması 23 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş 30 iyul 2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin iddianın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi üzrə iddia müddətinin tətbiq edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək, bildirdi ki, miras əmlakın bölünməsinə razıdır, lakin lakin iddianın alqı-satqı hissəsini qəbul etmir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Astara Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh3, Astara Rayon Bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı3, İddiaçı2 nümayəndəsi, həm də İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcələnin 1243.2-ci maddəsində deyilir ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx xxxxxx 1967-ci il tarixdə Astara rayonu, Qapçiməhəllə kəndində anadan olmuşdur. iş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx xxxxxx 1991-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. iş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx xxxxxx 1967-ci il tarixdə Astara rayonu, Qapçiməhəllə kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1, İddiaçı3, Ağayev X9 şəhəri, Cəfər Cabbarlı küçəsi 15 saylı ünvanda qeydiyyatda olmaqla, hal-hazırda ünvan 1ayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışının ********** saylı qeydiyyat nömrəsindən görünür ki, Astara şəhəri, Cəfər Cabbarlı küçəsi 15 saylı ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280.1 kv.m fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışının **********08 saylı qeydiyyat nömrəsindən görünür ki, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində 0,08 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışının **********08 saylı qeydiyyat nömrəsindən görünür ki, Astara şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın 23 iyun 2021-ci il tarixli, AN-l №0948434 saylı alqı-satqı müqaviləsinə əsasən,”satıcı” Astara Rayon Bələdiyyəsi “alıcı” Cavabdeh2 0,08 ha torpaq sahəsi 3400 (üç min dörd yüz) manata satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçılar İddiaçı1, İddiaçı3 və Ağayev X9 Bələdiyyəsi tərəfindən Cavabdeh2 satılan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılmasını tələb etsələr də, istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər, cavabdeh tərəf məhkəməyə vəsatət təqdim edərək iddianın alqı-satqı müqaviləsinin etibarsızlığı ilə hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və cavabdeh tərəfindən iddia müddətinin tədbiq edilməsi barədə ərizə verilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia tələbinin iddia müddəti tədbiq edilməli və iddianın Astara Bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması hissəsi rədd edilməlidir. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab edir ki, X2 miras qalan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0,06 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/8 hissəsinə mərhum X7 -həyat yoldaşı İddiaçı1, övladları-İddiaçı3 və İddiaçı2 1\2 hissədə payı və Cavabdeh1 1\2 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 miras qalan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0,06 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/8 hissəsinə mərhum X7 həyat yoldaşı İddiaçı1, övladları-İddiaçı3 və İddiaçı2 1\2 hissədə payı və Cavabdeh11\2 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-453/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-453/2023
05.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver