Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-460/2024 15.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 iflic xəstəsi olduğu üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və X7 qəyyum kimi təyin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi X11 ərizədə göstərmişdi ki, X8 onun oğludur. Şəhriyar Nəsirov serebral iflic xəstəsidir. X14 "Hemiploğik speastik serebral ifli, uşaq srebral iflici atonik asvatik forma. Tetraparez. Debillik dərəcəsində diqofrnil. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik, daimi nəzarət və qulluq tələb edən ciddi davranış pozuntusu ilə İQ-26" diaqnozu qoyulmuşdur. Bu səbəbdən o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və ona qəyyum təyin edilməlidir. Oğlu X2 idlic xəstəsi olduğu üçün o, fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməli və ona qəyyum təyin olunmalıdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq oğlunun serebral iflic xəstəsi olduğu üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun Şəhriyar Nəsirova qəyyum təyin olunması barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki,, ərizəçi məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Astara rayon Seləkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara RİHB Suparibağ Kənd İƏD üzrə nümayəndəliyinin 254 № xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Astara rayon Seləkəran kəndində yaşayır. İş materiallarında olan AA4101632 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixli anadan olmuşdur. İş materiallarında olan Astara RİHB Suparibağ Kənd İƏD üzrə nümayəndəliyinin 253 № xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 rayon Seləkəran kəndində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 694742 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2005- cil il tarixdə Astara rayon Seləkəran kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Forma 88 elektron çıxarış sənədindən görünür ki, X8 barəsində birinci dərəcəli əlillik müəyyən edilmiş və Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici, atonik-asvatik forma. Tetraparez. Debillik dərəcəsində diqofrenil.Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik, daimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə İQ-26 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 78 nömrəli xx.xx.2024-cü il tarixli müayinə sənədindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 psixi statusu “Düşüncəsi aydındır. Ünsiyyətə daxil olmur. Verbal funksiyaları inkişaf etməyib. Nitqində söz yoxdur. Anlaşılmaz səslər çıxarır. Kəllə quruluşu mikrosefalikdir. Müayinə müddətində otaqda məqsədsiz qaçışır, koordinasiyasını qoruya bilmir, şkafla toqquşur. Atası əyləşdirdiyi zaman əl çalır, başını sağa-sola yelləyir, dərin tənəffüs edir. İntellektual və koqnitiv funksiyaları yaşından geridir. Təlimat almır, təlimatları anlamır, icra edə bilmir. Bəsit anlayışları fərqləndirə bilmir. Ətrafa qarşı laqeyddir, maraq dairəsi təməl ehtiyacları ilə məhdudlaşıb. Ümumiləşdirmə və müqayisə qabiliyyəti inkişaf etməyib. Kənar şəxslərin dəstəyinə möhtacdır. Gigiyenik ehtiyaclarını bez vasitəsilə ödəyir” kimi müəyyən olunaraq, F72.1- Ağır dərəcəli əqli gerilik, daimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu.İQ-26 nəticəsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2140 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X6 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilmiş, “hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici, atonik-asvatik forma. Tetraparez. Debillik dərəcəsində oliqofreniya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik, daimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə İQ-26” diaqnozu qoyulmuşdur. Buna görədə X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X8 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli gərginliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının 20 may 2024-cü il tarixli 2140 saylı rəyini nəzərə alaraq, məhkəmə 09 dekabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 dekabr 2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-460/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-460/2024
15.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver