Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-461/2023 06.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İsmayıl İsmayılbəyli Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq, 02 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 12 yanvar 2023-cü il tarixinə yaranmış 270 (iki yüz yetmiş) manat, 90 (doxsan) qəpik əsas, 40 (qırx) manat, 60 (altmış) qəpik cərimə borcu olmaqla, ümumilikdə 311 (üç yüz on bir) manat, 50 (əlli) qəpik qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Samsung » markalı mobil telefona, “Edifier” maqnitofona, “Azercell” nömrəyə powerbank və “Cartoon” skuter üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 25 (iyirmi beş) manat olmaqla, cəmi 445 (dörd yüz qırx beş) manat, 90 (doxsan) qəpik ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 30 noyabr 2022-ci il tarixdə 25 (iyirmi beş) manat ödəniş etmiş və qalıq qalmış 270 (iki yüz yetmiş) manat, 90 (doxsan) qəpik borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 406 (dörd yüz altı) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%, yəni 40 (qırx) manat, 60 (altmış) qəpik "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 12 yanvar 2023-cü il tarixədək "xxxx" MMC-nə olan borcu 270 (iki yüz yetmiş) manat, 90 (doxsan) qəpik əsas, 40 (qırx) manat, 60 (altmış) qəpik cərimə, cəmi 311 (üç yüz on bir) manat, 50 (əlli) qəpik qəpik təşkil etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı Samsung » markalı mobil telefona, “Edifier” maqnitofona, “Azercell” nömrəyə powerbank və “Cartoon” skuter üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 25 (iyirmi beş) manat olmaqla, cəmi 445 (dörd yüz qırx beş) manat, 90 (doxsan) qəpik ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 02 dekabr 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə №1 saylı əlavəsindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarına əlavə olunmuş 12 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 270 (iki yüz yetmiş) manat, 90 (doxsan) qəpik əsas borc, 406 (dörd yüz altı) manat hesablanmış cərimə, ümumilikdə 676 (altı yüz yetmiş altı) manat, 90 (doxsan) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən 02 dekabr 2021-ci il tarixində bağlanmış 18 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 270 (iki yüz yetmiş) manat, 90 (doxsan) qəpik əsas borc, 406 (dörd yüz altı) manat hesablanmış cərimə, ümumilikdə 676 (altı yüz yetmiş altı) manat, 90 (doxsan) qəpik borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 02 dekabr 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 40 (qırx) manat, 60 (altmış) qəpik məbləğində olan dəbbə pulu azaldılaraq 06 (altı) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 270 (iki yüz yetmiş) manat, 90 (doxsan) qəpik əsas borc, 06 (altı) manat hesablanmış cərimə, ümumilikdə 276 (iki yüz yetmiş altı) manat, 90 (doxsan) qəpik qəpik borc pulu və 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia cərimə ilə bağlı 34 (otuz dörd) manat, 60 (altmış) qəpik hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Memmedov
Məhkəmə qərarları › İş №2(018)-461/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-461/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver