Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-467/2023 05.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Hacızadı Hacı Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1886 kv.m torpaq sahəsinin planı və ölçüsünə dair AN-491647 nömrəli sənədin ona məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində soyadı İskəndərov, adı Eldar, ata adı isə Cəbrayıldır. Onun əvvəlki adı isə Elnur olmuşdur. Soyad və adı 04 iyul 2017-ci il tarixdə Astara Rayon Qeydiyyat şöbəsində dəyişdirmişdir. Belə ki, soyadı və adı “Baxşıyev Elnur”-dan “Ərizəçi”-a dəyişdirilmiş və bu barədə soyadı, adı, ata adnın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin iyul ayının 04 günündə 24 nömrə ilə qeyd edilmiş və ona “adı, ata adı və soyadının” dəyişdirilməsi haqqında AZ-1, 017887 nömrəli şəhadətnamə verilmişdir. Məhz bu səbəbdən əvvəllər adına yazılmış hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaranmışdır. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarı ilə planşetdə olmaqla AN-491648, AN-491646, AN-491647 və AN- 491648 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədləri üzrə mülkiyyətimizə verilmiş müvafiq qaydada 2834 kv.m, 2822 kv.m, 1886, kv.m və 419 kv.metr kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə dair sənədlərdə soyadı Baxşıyeva Elnur və ata adı Cəbrayıl yazılmışdır. Pay torpaq sahələrinə dair əvvəllər yaranmış hüquqları qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinə müraciət etmişdir. Qeyd etdiyi uyğunsuzluğa görə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixli **********32 saylı bildirişləri ilə tövsiyyə olunmuşdur ki, AN-491647 nömrəli “Torpaq sahəsinin plan ölçüsü” sənədi üzrə barəsində qeyd olunan mülkiyyətçiyə Ərizəçi münasibətdə, hüquqi əhəmiyyətli faktın tanınmasına dair müvafiq məhkəmə qərarı təqdim olunduğu təqdirdə müraciətlərinə təkrarən baxılacaqını bildirmişlər. O, lazımı sənədləri başqa qaydada ala bilmədiyindən bu faktı təsdiqi ilə əlaqədar məhkəmə müraciət etməli olmuşdur. Odur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1886 kv.m torpaq sahəsinin planı və ölçüsünə dair AN-491647 nömrəli sənədin ona məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun oğludur. Oğlunun soyadı İskəndərov, adı Eldar, ata adı isə Cəbrayıldır. Onun əvvəlki adı isə Elnur olmuşdur. Soyad və adı 04 iyul 2017-ci il tarixdə Astara Rayon Qeydiyyat şöbəsində dəyişdirmişdir. Belə ki, soyadı və adı “Baxşıyev Elnur”-dan “Ərizəçi”-a dəyişdirilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarı ilə onlara kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmiş və torpağa aid sənədlərdə oğlu Ərizəçi adı köhnə qaydada Baxşıyev Elnur kimi qeyd olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-491647saylı Torpağa Mülkiyyət Hüququna X9 təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1886 kv.m torpaq sahəsi Astara rayonu Ərçivan qəsəbə sakini X1 mülkiyyətinə verilib. iş materiallarında olan AN-491644 saylı Torpağa Mülkiyyət Hüququna X9 təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2834 kv.m torpaq sahəsi Astara rayonu Ərçivan qəsəbə sakini X1 mülkiyyətinə verilib. iş materiallarında olan AN-491646 saylı Torpağa Mülkiyyət Hüququna X9 təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2822 kv.m torpaq sahəsi Astara rayonu Ərçivan qəsəbə sakini X1 mülkiyyətinə verilib. iş materiallarında olan AN-491648 saylı Torpağa Mülkiyyət Hüququna X9 təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il, tarixli 6 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 419 kv.m torpaq sahəsi Astara rayonu Ərçivan qəsəbə sakini X1 mülkiyyətinə verilib. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, vəsiqənin ad, soyad ata adı qrafalarında “Ərizəçi” oğlu yazılmışdır. İş materiallarında olan Astara rayonu İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 640 nömrəli arayışından görünür ki, 1991-ci il təvəllüdlü X5 04 iyul 2017-ci il tarixdə soyadı və adı dəyişdirilərək Ərizəçi adını götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi X3 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda gələcəkdə sözügedən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq AN-491647saylı “Torpaq sahəsinin plan ölçü” sənədi üzrə barəsində qeyd olunan mülkiyyətçiyə “Ərizəçi” münasibətdə, hüquqi əhəmiyətli faktın tanınmasına dair müvafiq məhkəmə qərarı təqdim olunduğu təqdirdə, müaciətinizə təkrarən baxılacaqdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1886 kv. metr torpaq sahəsinin planı və ölçüsünə dair AN-491647 nömrəli sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-467/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-467/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver