Məhkəmə qərarları › İş №2(018)-471/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-471/2025

05.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-471/2025 05.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X16, Cavabdeh2, maraqlı şəxs Astara rayon Notariat Ofisinin notariusu X6 qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X16, Cavabdeh2, maraqlı şəxs Astara rayon Notariat Ofisinin notariusu X6 qarşı Astara Rayon Məhkəməsində iddia qaldıraraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xx.xx.2020-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində vəfat etmiş, X4 Astara rayonun Ərçivan qəsəbəsində və Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi -26/32, mənzil 21 və ünvan 1 ünvanda yerləşən miras əmlaklarını bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək, iddidalarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 oğl iddia tələbini müdafiə edərək, iddidalarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı3 iddia tələbini müdafiə edərək, iddidalarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlar Astara rayon ərçivan qəsəbəsində vəfat etmiş X4 vərəsələridir. X2 xx.xx.2020-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində vəfatetmişdir. X1 Astara rayonun Ərçivan qəsəbəsində torpaq sahəsi və fərdi yaşayış evi və Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi -26/32, mənzil 21 və ünvan 1 daşınmaz əmlaklar miras qalmışdır. Həmin əmlaklar Astara rayonun Ərçivan qəsəbəsində "torpağın mülkiyyətə verilməsinə dair şəhadətməməyə görə 0.04 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi -26/32, mənzil 21 və Bakı şəhəri, Yasamal rayonu,T.Şahbaziküşəsi, bina 100a, məhəllə 583, mənzil 42-də daşınmaz əmlaklardan ibarətdir. Qeyd edirlər ki, X2nın əmlaklarına dair qardaşları İddiaçı1 21 avqust 2019-cu il tarixli vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə ilə analarının adına olan əmlakları, o cümlədən Astara rayonun Ərçivan qəsəbəsində və Bakı şəhərində yerləşən mülkiyyətində olan daşınmaz əmlakları İddiaçı1 vəsiyyət etmişdir. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xx.xx.2020-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində vəfat etmiş, X4 Astara rayonun Ərçivan qəsəbəsində və Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi -26/32, mənzil 21 və ünvan 1 ünvanda yerləşən miras əmlaklarını bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iş üzrə cavabdeh X16 iddianı qəbul etməyərək , iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək , iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Astara rayon Notariat Ofisinin notariusu X6 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon Notariat Ofisinin notariusu X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Astara rayon Notariat Ofisinin notariusu X5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki mübahisə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələrə aid olduğuna görə, həmin mübahisə üzrə qaldırılmış iddiaya, mirasın açılmasına, miras əmlakın kütləsinə, vəsiyyət və qanun üzrə vərəsələrin dairəsinə, miras əmlakda payların müəyyən olunmasına və digər məsələlərə qiymət verilməsi, nəticədə mülki hüquq mübahisəsinin daha anlaşılan həll olunması üçün tələblərə ayrı-ayrılıqda qiymət verilməsi daha məqbuldur. Odur ki, məhkəmə aşağıdakı meyarlarla mülki mübahisənin həll olunmasını daha qanuni və əsaslı hesab edir: İş materiallarına əlavə edilmiş AZ-İİ №-li 065100 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 6-cı ayının 01-ci günündə 19 №-ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1959-cu il tarixdə Astara rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA6109836 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE 09178704 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 oğlu xx.xx.1962-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara rayonu, Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı3 Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüqi Şəxsin **********31-05101-093016 reyestr nömrəli çıxarışından məlum olur ki, ünvan 2 ünvanında yerləşən 68.90 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətinə verilmiş və X10, Cavabdeh2, X12 və X7 hüquq sahibləri kimi qeyd edilmişdir. İş materialına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüqi Şəxsin **********31-05101-093013 reyestr nömrəli çıxarışından məlum olur ki, ünvan 3 ünvanında yerləşən 60.16 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətinə verilmiş və X10, Cavabdeh2, X12 və X7 hüquq sahibləri kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Beləliklə, məhkəmə hesab edir ki, ............... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublik, mənzil ası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcələnin 1243.2-ci maddəsində deyilir ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X4 dörd nəfər övladı olmuş və övladlardan X12 ölmüş və onun iki nəfər X16 və Cavabdeh2 adında övladı vardır. Yuxarıda qeyd olunanları nəzərə alarq məhkəmə hesab edir ki, ünvan 4 ünvanında, ünvan 5ında yerləşən mənzillərdə 2/6 payı olan X4 qanun üzrə vərəsələri kimi İddiaçı1 2/24 hissədə, İddiaçı2 2/24 hissədə, İddiaçı3 2/24 hissədə, mərhum X9 övladları X11 2/48 hissədə, Cavabdeh2 2/48 hissədə, Astara rayonu. Ərçivan qəsəbəsi ünvanında yerləşən 0,04 ha fərdi yaşayı torpaq sahənin İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə, İddiaçı3 1/4 hissədə, mərhum X9 övladları X11 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında, ünvan 5ında yerləşən mənzillərdə 2/6 payı olan X4 qanun üzrə vərəsələri kimi İddiaçı1 2/24 hissədə, İddiaçı2 2/24 hissədə, İddiaçı3 2/24 hissədə, mərhum X9 övladları X11 2/48 hissədə, Cavabdeh2 2/48 hissədə, Astara rayonu. Ərçivan qəsəbəsi ünvanında yerləşən 0,04 ha fərdi yaşayı torpaq sahənin İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə, İddiaçı3 1/4 hissədə, mərhum X9 övladları X11 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə payları müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar