Məhkəmə qərarları › İş №2(018)-485/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-485/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-485/2023 08.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nəzərov Elvin iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 01 mart 2022-ci il tarixli, 000534 nömrəli müqavilə üzrə 1006 (bir min altı) manat pulun və 31 (otuz bir) manat dövlət rüsumunun Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən iddiaçı X4 Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 mart 2022-ci il tarixli, 000534 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 1100 (bir min bir yüz) manat məbləğində bir ədəd “Samsunq” A52* 256 GB (8*RAM)* qeydiyyatlı **********93416-**********93411 İMEİ kodlu mobil telefonu 12 (on iki) ay müddətinə, aylıq ödəniş 92 manat olmaqla, hər cari ayın 01 tarixinədək “alıcı” tərəfindən “satıcı”-nın hesabına nağd və ya nağdsız qaydada ödəniş edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərində götürülmüş öhdəliyi lazımi qaydada icra etməmişdir. 01 mart 2022-ci il tarixli, 000534 nömrəli zaminlik müqaviləsinə əsasən zamin olan Cavabdeh1 qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı kimi zamin durmuş olsada da, Cavabdeh1 iddiaçıya borcun ödənilməsində imtina etdiyini bildirmişdir. Hal-hazırda Cavabdeh2 qalıq borcu 236 (iki yüz otuz altı) manat, 770 (yeddi yüz yetmiş) manat cərimə borcu olmaqla, cəmi borcu 1006 (bir min altı) manat məbləğində təşkil edir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 31 (otuz bir) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 000534 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, 1100 (bir min bir yüz) manat məbləğində bir ədəd “Samsunq” A52* 256 GB (8*RAM)* qeydiyyatlı **********68944-**********68949 İMEİ kodlu mobil telefonu 12 (on iki) ay müddətinə, aylıq ödəniş 92 manat olmaqla, hər cari ayın 01 tarixinədək “alıcı” tərəfindən “satıcı”-nın hesabına nağd və ya nağdsız qaydada ödəniş edilməsi nəzərdə tutulmuşdur. Mülki işə əlavə edilmiş “Malın təhvil-təslim” aktından məlum olur ki, Cavabdeh2 01 mart 2022-ci il tarixli, 000534 nömrəli alqı-satqı müqaviləsi üzrə bir ədəd “Samsunq” A52* 256 GB (8*RAM)* qeydiyyatlı **********68944-**********68949 İMEİ kodlu mobil telefonu təhvil almışdır. Mülki işə əlavə edilmiş Prestij Home” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 000534 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 01 mart 2022-ci il tarixli, 000534 nömrəli alqı-satqı müqaviləsi üzrə Borcalan ilə birlikdə borc verən və ya satıcı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş 09 mart 2023-cü il tarixli xəbərdarlıq məktublarından məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 01 mart 2022-ci il tarixli, 000534 nömrəli alqı-satqı müqaviləsi olan borcu 5 gün ərzində ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 324.1-ci maddəsinə müvafiq olaraq əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görəşifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan RespublikasıMM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan RespublikasıMM-in 567-ci maddəsində qeyd olunub ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə qeyd edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından da məlum olur ki, hazırki mülki iş üzrə satıcı Prestij Home MMC alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları alıcılara vermişdir, lakin alıcılar əşyaların dəyəri olan pulu müəyyən olunmuş müddətdə satıcıya tam olaraq ödəməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 01 mart 2022-ci il tarixli, 000534 nömrəli müqaviləsi üzrə iddia etdiyi 770 (yeddi yüz yetmiş) manat məbləğində cərimə pulu azaldılaraq 350 (üç yüz əlli) manat həddində müəyyən edərək, bu halı qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbinə dair»» iddiası qismən təmin olunsun. 01 mart 2022-ci il tarixli, 000534 nömrəli müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 236 (iki yüz otuz altı) manat qalıq borcu və 350 (üç yüz əlli) manat cərimə olmaqla, cəmi 586 (beş yüz səksən altı) manat pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun görə 20 (iyirmi) manat manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi cərimə ilə bağlı 420 (dörd yüz iyirmi) manat hissəsində və dövlət rüsumunun 11 (on bir) manat hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar