Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-486/2023 31.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 000572 saylı müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 306(üç yüz altı) manat, 25 ( iyirmi beş) qəpik borc və 30 (otuz) manat məbləğdə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 000572 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla, bir ədəd 533 manat məbləğində Redmi Xiaomi 10 C 128 GB (4RAM) qeydiyyatlı, **********34724-**********34732 İMEİ kodlu mobil telefon Cavabdeh1 verilmişdir. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Həmçinin xx.xx.2022-ci il tarixli 000572 saylı müqaviləyə əsasən Cavabdeh2 zamin kimi öhdəyi öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 306(üç yüz altı) manat, 25 ( iyirmi beş) qəpik borc və 30 (otuz) manat məbləğdə ödənilmiş dövlət rüsumu alınıb tələbkar İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı MMC-dən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla, bir ədəd 533 manat məbləğində Redmi Xiaomi 10 C 128 GB (4RAM) qeydiyyatlı, **********34724-**********34732 İMEİ kodlu mobil telefon götürmüşdür.Maddi vəziyyəti çətin olduğundan borcu vaxtında ödəyə bilmədiyini, əsas məbləği qəbul etdiyini, lakin hesablanmış faiz məbləğinin təmin edilməməsini xahiş edir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, iş üzrə zamin olduğunu, Cavabdeh1 İddiaçı MMC-dən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla, bir ədəd 533 manat məbləğində Redmi Xiaomi 10 C 128 GB (4RAM) qeydiyyatlı, **********34724-**********34732 İMEİ kodlu mobil telefon götürdüyünü, onunda zamin kimi iştirak etdiyini bildirmişdir. Hazırda göstərilmiş faiz məbləğini şişirdilmiş olduğunu hesab edir. Odur ki, hesablanmış faiz məbləğini təmin edilməməsini xahiş edir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 000572 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla, bir ədəd 533 manat məbləğində “Redmi Xiaomi” 10 C 128 GB (4RAM) qeydiyyatlı, **********34724-**********34732 İMEİ kodlu mobil telefon Cavabdeh1 verilmişdir. Ödəniş cədvəlindən görünür ki, 12 ay müddətinə, aylıq ödəniş 45 manat qeyd edilmişdir. Cavabdeh1 15 may 2023-cü il tarixinə 38 manat ödəniş edilməsi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 173 manat əsas borc, 10 (on) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 173 (yüz yetmiş üç) manat əsas borc, 10 (on) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-486/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-486/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver