Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-488/2023 03.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 000704 saylı müqavilə üzrə 2924 (iki min doqquz yüz iyirmi dörd) manat, 96 (doxsan altı) qəpik pulun və 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 000704 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti 2 (iki) ədəd 1818 (bir min səkkiz yüz on səkkiz) manat məbləğində ART-1200-HGE32 markalı Artel kondisionerləri təşkil edir. Müqaviləyə əsasən alıcı 1818 (bir min səkkiz yüz on səkkiz) manat məbləğində borcu hissə-hissə olaraq 18 ay müddətinə, aylıq ödəniş 101 (bir yüz bir) manat olmaqla, hər cari ayın 29 tarixinədək “satıcının “ hesabına nağd və ya nağdsız qaydada ödəniş edir. Həmçinin ödəniş vaxtı, məbləği və müddəti bu müqaviləyə edilmiş 1 saylı ödəniş cədvəlində əksini tapır. Ödənişlər tərəflər arasında mal təhvil-təslim olunduqdan sonra aparılır. Alıcı ödənişi gecikdirdiyi üçün ümumi borcun 1 faizi həcmində “satıcının” xeyrinə cərimə ödəyir. Qeyd etmişdir ki, alıcı və zaminə xəbərdarlıq məktubu göndərilmiş, 000704 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə görə hər ay ödənilən 101 (bir yüz bir) manat ödənişə görə, 1616 (bir min altı yüz on altı) manat qalıq borcu olmaqla və gecikdirilmiş 72 (yetmiş iki) gün üçün hər günə görə ümumi qalıq məbləğinin 1 faizi həcmində 18 (on səkkiz) manat, 18 (on səkkiz) qəpik olmaqla 1308 (bir min üç yüz səkkiz) manat, 96 (doxsan altı) qəpik cərimə xx.xx.2023-cü il tarixinə qədər cəmi 2924 (iki min doqquz yüz iyirmi dörd) manat, 96 (doxsan altı) qəpik ödəniş edilməsinə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubu borclu və zaminə göndərilsə də, onlar tərəfindən indiyə kimi heç bir ödəniş edilməmişdir. Odur ki, xx.xx.2022ci il tarixli 000704 saylı müqavilə üzrə 2924 (iki min doqquz yüz iyirmi dörd) manat, 96 (doxsan altı) qəpik pulun və 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahişetmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, o, zamindir. İş üzrə cərimə borcu çox yazılıb. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 000704 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə, aylıq ödəniş 101 (bir yüz bir) manat olmaqla, 2 (iki) ədəd 1818 (bir min səkkiz yüz on səkkiz) manat məbləğində ART-1200-HGE32 markalı Artel kondisionerləri İMEİ kodlu mobil telefon Cavabdeh1 verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 000704 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinin ödəniş cədvəlindən görünür ki, 18 ay müddətinə, aylıq ödəniş 101 (bir yüz bir) manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1616 (min altı yüz on altı) manat əsas borc, 30 (otuz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1616 (min altı yüz on altı) manat əsas borc, 30 (otuz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-488/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-488/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver