Məhkəmə qərarları › İş №2(018)-497/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-497/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-497/2023 08.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1520 (min beş yüz iyirmi) manat 55 (əlli beş) qəpik əsas kredit borcu, 8 (səkkiz) manat 53 (əlli üç) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1529 (min beş yüz iyirmi doqquz) manat 08 (səkkiz) qəpik borcu və 35 (otuz beş) manat, 30 (otuz) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2019cu il tarixli, Rest№012CASA193010003 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə bir il güzəşt müdddəti olmaqla, beş il müddətinə illik 1% dərəcəsi ilə 1520 (min beş yüz iyirmi) manat 55 (əlli beş) qəpik məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 27 dekabr 2022-ci il tarixinə İddiaçı ASC-nə 1520 (min beş yüz iyirmi) manat 55 (əlli beş) qəpik əsas, 8 (səkkiz) manat 53 (əlli üç) qəpik faiz, cəmi 1529 (min beş yüz iyirmi doqquz) manat 08 (səkkiz) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat, 30 (otuz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 28 noyabr 2019-cu il tarixli, Rest№012CASA193010003 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bir il güzəşt müdddəti olmaqla, beş il müddətinə illik 1% dərəcəsi ilə 1520 (min beş yüz iyirmi) manat 55 (əlli beş) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1520 (min beş yüz iyirmi) manat 55 (əlli beş) qəpik əsas kredit borcu, 8 (səkkiz) manat 53 (əlli üç) qəpik faiz, cəmi 1529 (min beş yüz iyirmi doqquz) manat 08 (səkkiz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sonuncu bildirişdən görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, Rest№012CASA193010003 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat, 30 (otuz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Rest №012CASA193010003 saylı 28 noyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 1520 (min beş yüz iyirmi) manat 55 (əlli beş) qəpik əsas borc, 8 (səkkiz) manat 53 (əlli üç) qəpik faiz borcu, cəmi 1529 (min beş yüz iyirmi doqquz) manat 08 (səkkiz) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar