Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-511/2024 01.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh X8-İstismar İdarəsinə və Cavabdeh X8-İstismar İdarəsinin Astara Xidmət Sahəsinə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunu abunə kodundan silinməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı 30 noyabr 2020-ci il tarixli ******* nömrəli akt edilmiş üzrə hesablanmış 72 (yetmiş iki) manat pulun **********00150 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 İstidmarı İdarəsinin Astara Xidmət sahəsinin əməkdaşları X4, X6 və X5 xəbərləri və iştirakları olmadan qaz sayğacında qaz itkisinə görə 30 noyabr 2020-ci ildə ******* nömrəli akt yazmışlar. O və ailə üzvləri ümumiyyətlə qaz sayğacına müdaxilə etməmişlər. Astara xidmət sahəsinin əməkdaşları tərəfindən təqdim edilmiş qazdan istifadə pulunu poçta ödəmişlər. Qaz sayğacı yaşadıqları evdən kənarda yəni küçədə quraşdırılmışdır. Bu səbəbdən qaz sayğacına nəzarət edə bilmirlər. Qaz sayğacı iştirakları olmadan xətdən açılmış yoxlanılması üçün X2 Metrologiya Departamentinə göndərilmişdir. Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacdan qaz keçir, hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir. Qaz sayğacının yoxlanılması barədə MSK nömrəli 29/1710-04292-1 akt yazılmışdır. Mütəxəssislər rəyindən görünür ki, qaz sayğacına müdaxilə olunmamışdır. Sadəcə qaz sayğacının istismar müddəti bitdiyi üçün yararsız hala düşmüşdür. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının" 4.1-ci maddəsinin tələblərinə görə "Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyətli sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün lahiyyəyə uyğun olaraq AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacı quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə görə "Məişət qaz sayğaclarının İstifadəsi üçün qaz sayğacı paylacısının vəsaiti hesabına sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci bəndinə görə "Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylacısı, hüquqi şəxslərin qaz sayğaclaırnın işlək vəziyyətdə saxlanılmasına görə cavavabdehliyi isə özləri daşıyırlar. Cavabdeh "Azəriqaz” X3 X7 İdarəsinin Astara Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2020-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 72 manat pulun **********00150 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Astara rayonu, Suparibağ kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin № 385 nömrəli arayışından görünür ki, Astara şəhəri Z. Bünyadov küç., ev 3/15 ünvanında yaşayır. İş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2020-ci il tarixli ******* saylı nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanında İddiaçı mülkiyyətinə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 720 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Astara şəhəri Z. Bünyadov küç., ünvanında istehlakçı İddiaçı mülkiyyətində “ZENNER” markalı **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanında yaşayış evinə dair İddiaçı adına hesablanmış 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-511/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-511/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver