Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-524/2023 13.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2rşı “07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli akt üzrə hesablanmış 740 (yeddi yüz qırx) manat, 73 (yetmiş üç) qəpik borcun **********00382 nömrəli abunə hesabından silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2rşı “07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli akt üzrə hesablanmış 740 (yeddi yüz qırx) manat, 73 (yetmiş üç) qəpik borcun **********00382 nömrəli abunə hesabından silinməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli akta əsasən ona hesablanmış 740 (yeddi yüz qırx) manat, 73 (yetmiş üç) qəpik borcun (cərimənin) əsassız hesab edilərək **********00382 nömrəli abuna hesabından silinməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbinin həcmini artırılmasına dair ərizə ilə müraciət edərək, 07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli aktın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Astara rayonu Rüdəkənar kəndinndə qeydiyyatda olsada, ünvan 1 ünvanında yaşayır. Ona məxsus Astara şəhəri, Heydər Əliyev prospekti 51 nömrəli binanın 11 saylı mənzili də vardır. O, həmin mənzildən yaşamır və elektrik enerjisindən də istifadə etmir. Ümumiyyətlə həmin mənzildə hec kim yaşamır. Ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Buna baxmayaraq X3 əməkdaşları 07 sentyabr 2022-ci il tarixdə Astara şəhəri, Heydər Əliyev prospekti 51 nömrəli binanın 11 saylı mənzilininn elektrik sayğacına onun və hal şahidlərinin iştirakı olmadan baxış keçirmişlər və R 268145 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən guya o, həmin mənzilə elektrik sayğacından kənar elektrik naqili aşkar etmişlər. Ancaq bu tamamilə yalandır. Belə ki, uzun müddətdir ki, həmin mənzildə yaşayış yoxdur. Hesab edir ki, 07 sentyabr 2022-ci il tarixli R 268145 nömrəli akt əsasız olaraq tərtib edilmiş, 800 (səkkiz yüz) manat borc (cərimə) əsassız olaraq hesablanmışdır. Odur ki, əsassız hesablanmış borc (cərimə) **********00382 nömrəli abunə hesabından silinməlidir. Ona görə də o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X3 əməkdaşları tərəfindən 07 sentyabr 2022-ci il tarixdə Astara şəhərində elektrik sayğaclarına baxış keçirilmiş və baxış zamanı **********00382 nömrəli abunə hesabına dair abonentə məxsus olan mənzilə gedən sayğacdan kənar elektrik naqili aşkar etmişlər. Məlum olmuşdur ki, sayğacdan kənar elektrik naqili İddiaçı məxsus olan mənzilə gedir. Ona görə də 07 sentyabr 2022-ci il tarixli R 268145 nömrəli akt tərtib etmişkər. Akt tərtib edilərkən İddiaçı aktı imzalamaqdan imtina etmişdir. X3 əməkdaşları edilən hərəkətlərini videogörüntülərə almışlar. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1973-cü il tarixdə Astara şəhərində anadan olmuşdur və Astara rayonu Rüdəkənar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Astara rayonu Suparibağ kənd icra nümayəndəliyinin arayışından məlum olur ki, Əliyev X6 rayonu Rüdəkənar kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş 07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli aktdan məlum olur ki, baxış zamanı **********00382 nömrəli abunə hesabına dair abonentə məxsus olan evə gedən sayğacdan kənar en ölcüsü 4 mm olan elektrik naqili aşkar etmişlər. İddiaçı qeyd edilən aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abunə haqqında sənədindən məlum olur ki, **********00382 nömrəli abunə hesabına dair abonent İddiaçı məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 51 nömrəli binanın 11 saylı mənzilində 04 dekabr 2021-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə kimi elektrik sərfiyyatı olmadığıa görə pul hesablanmamışdır. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev prospekti 51 nömrəli binanın 11 saylı mənzil vardır. Həmin mənzildə isə heç kim yaşamır. Astara şəhəri, Heydər Əliyev prospekti 51 nömrəli binanın 11 saylı mənzilində 04 dekabr 2021-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə kimi elektrik sərfiyyatı olmadığıa görə pul hesablanmamışdır. İddiaçı ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X3 əməkdaşları tərəfindən 07 sentyabr 2022-ci il tarixdə Astara şəhərində elektrik sayğaclarına baxış keçirilmiş və baxış zamanı **********00382 nömrəli abunə hesabına dair abonentə məxsus olan mənzilə gedən sayğacdan kənar elektrik naqili aşkar edilməsinə dair 07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli aktda tərtib etmişlər. Ancaq həmin akt tərtib edilərkən İddiaçı iştirak etməmişdir. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən X3 əməkdaşları tərəfindən 07 sentyabr 2022-ci il tarixdə qeyd edilən elektrik sayğacına baxış keçirilməsi zamanı İddiaçı iştirak etməməsi aydın olur. Həmçinin həmin videogörüntülərdə, aşkar edilən sayğacdan kənar elektrik naqilinin **********00382 nömrəli abunə hesabına dair abonentə məxsus olan mənzilə getməsi, həmin sayğaca aid olması aydın olmur. Həmçinin məhkəmədə aydın oldu ki, 07 sentyabr 2022-ci il tarixli R 268145 nömrəli aktın tərtib edilməsindən İddiaçı məlumat olmamışdır. Həmin onun iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən də imzalanmamışdır. İddiaçı hesab edir ki, sayğacdan kənar elektrik naqili onun mənzilinə aid deyildir. Onun mənzilində yaşayış yoxdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin halları rədd edən subutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçının təqsiri sübut olunmadığından cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2rşı “07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli akt üzrə hesablanmış 740 (yeddi yüz qırx) manat, 73 (yetmiş üç) qəpik borcun **********00382 nömrəli abunə hesabından silinməsi tələbinə dair” iddiası təmin edilsin. 07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli akt əsasında abonent kodu **********00382 olan elektrik sayğacına hesablanmış 740 (yeddi yüz qırx) manat, 73 (yetmiş üç) qəpik borc (cərimə) silinsin. 07 sentyabr 2022-ci il tarixli, R 268145 nömrəli akt etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-524/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-524/2023
13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver