Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-532/2023 03.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X20 Aslan oğlunun sədrliyi, X19 katibliyi, İddiaçı və maraqlı şəxs Xəlil-zadə Aydan Qalib qızının iştirakı ilə, İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon notariat Ofisinin notariusu X10 notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərarı ləğv edilməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsini Astara rayon notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə dəyişiklik edilməsi və mərhum anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə miras əmlakına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnamə çıxararkən mərhum anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, o cümlədən harada yerləşməsindən asılı olmayaraq mərhum anası X7 məxsus əmlaklarına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Astara rayon Ərçivan qəsəbəsinin sakini X9 anasıdır. xx.xx.2020-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində vəfat etmişdir. Anası ölkədə karantin olduğu vaxtda vəfat etmiş və həmin vaxtdan Astara rayonun Ərçivan qəsəbəsində olan anası X7 məxsus fərdi yaşayış evində yaşamaqla təsərrüfatını idarə etdiyini bildirmişdir. X1 Astara rayonun Ərçivan qəsəbəsində yerləşən miras əmlakının rəsmiləşdirilməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü Astara rayon notariat ofisinə müraciət etmişdir. Astara rayon notariat Ofisinin notariusu X10 notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətini təmin etməmişdir. Qərarda imtinanın əsası kimi mirasın faktiki qəbulu barədə hər hansı bir sübut təqdim edə bilməməyi ilə əsaslandırılmışdır. Qeyd etmişdir ki, anası X9 ona yəni İddiaçı 21 avqust 2019-cu il tarixli vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnaməyə görə ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakları o cümlədən bütün hüquqlarını ona vəsiyyət etmişdir. O, anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən miras əmlaklarını qəbul etmiş, anasının ölümündən sonra 0.04 hektar torpaq sahəsində yerləşən anası X6 məxsus yaşayış evində yaşayır. Bunları iddia ərizəsinə əlavə edilmiş Astara rayon İHB-nın Ərçivan qəsəbəsinin icra nümayəndəliyinin arayışları ilə təsdiq edir. Həmin arayışlarla təsdiq olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə rəhbərlik edir və hal-hazırda da həmin evdə yaşayır. Vərəsəlik arayışı da, bunları bir daha təsdiq edir. Digər sübut kimi tələb olunsa məhkəməyə şahidlərdə gətirə biləcəyini bildirmişdir. Qeyd etdiyi sübutlara əsasən anası X3 miras qalmış əmlaklarını qəbul edilmiş hesab edir və mərhum anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, o cümlədən harada yerləşməsindən asılı olmayaraq mərhum anası X7 məxsus əmlaklarına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə maraqlı şəxs Xəlil-zadə Aydan Qalib qızı bildirdi ki, o, miras qoyan X4 oğlu Qalibin qızıdır. Onların ailəsi uzun müddət Moskva şəhərində yaşayıblar. Orada onlara məxsus olan evi satıb həmin pula Bakı şəhərində hazırda miras əmlaklar onun atası tərəfindən alınıb və onlara məxsusdur. Atası rəhmətə gedib və rəhmətə gedən zaman iddiaçı tərəfdən heç kim iştirak etməyib. İddiaçı Astarada deyil Bakı şəhərində yaşayır. Göstərilənləri nəzərə alaraq. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə şahid X11 bildirdi ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 mülkiyyətində olmuş, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsi və orada olan fərdi yaşayış evində anası rəhmətə gedən gündən hal-hazıradək həmin evdə yaşayır. Məhkəmədə iş üzrə şahid X17 bildirdi ki, qardaşı-İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 mülkiyyətində olmuş, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində anası rəhmətə gedəndən idiyə qədər həmin evdə yaşayır. Məhkəmə İddiaçı, maraqlı şəxs Xəlil-zadə Aydan Qalib qızını, iş üzrə şahid X14 və X8 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(018)-321/2023 saylı qərardadından görünür ki, İddiaçı Astara rayon notariat Ofisinin notariusu X10 notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərarından şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, miras qoyan 25 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında və ünvan 2aşayış mənzillərindən mərhuma çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair qərara alınmışdır. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbəsinin icra nümayəndəliyinin xx.xx.2023 tarixli,205 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə rəhbərlik edir və hal-hazırda da həmin evdə yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbəsinin icra nümayəndəliyinin xx.xx.2023 tarixli,205 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 ölən günə qədər Astara rayonu Ərçivan qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-701A KOD 80100018 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999cu il tarixli, 16 saylı qərarı ilə Astara rayonu Ərçivan qəsəbəsi sakini X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı anası X9 xx.xx.2020-ci il tarixdə Astara rayon, Ərçivan qəsəbəsində ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun oğlu- İddiaçı anasından miras qalmış, mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişdir. Hazırda İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası- X3 miras qalmış Astara rayon, Ərçivan qəsəbəsində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair 701A KOD 80100018 nömrəli Şəhadətnaməyə əsasən 0.04 ha həyətyanı torpaq sahəsi, üzərində yerləşən ev və digər əmlakı vərəsəsi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X2 miras qalmış JN 701A KOD 80100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu Ərçivan kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin və digər daşınmaz əmlakları miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış JN 701A KOD 80100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu Ərçivan kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin və digər daşınmaz əmlakların miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-532/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-532/2023
03.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver