Məhkəmə qərarları › İş №2(018)-536/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-536/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-536/2023 12.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə götürülmüş malların pulunu, öhdəliyin icra edilməməsinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə götürülmüş malların pulunu, öhdəliyin icra edilməməsinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 585 (beş yüz səksən beş) manat əsas borc, 174 (bir yüz yetmiş dörd) manat peniya, 1770 (bir min yeddi yüz yetmiş) manat cərimə olmaqla cəmi 1929 (bir min doqquz yüz iyirmi doqquz) manat və Cavabdeh2 1233 (bir min iki yüz otuz üç) manat əsas borc, 89 (səksən doqquz) manat peniya, 2466 (iki min dörd yüz altmış altı) manat cərimə olmaqla cəmi 3788 (üç min yeddi yüz səksən səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 57 (əlli yeddi) manat 87 (səksən yeddi) qəpik pulun ödənilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10 fevral 2022-ci il tarixli, 00000257 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" MMC - nin Astara mağazasından 1740 (bir min yeddi yüz qırx) manat dəyərində mətbəx mebeli və modul dərya dolab mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC - nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi baarədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin sonradan Cavabdeh1 müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh1 12 dekabr 2022 - ci ilə kimi borclu olduğu 1740 (bir min yeddi yüz qırx) manatdan 1155 (bir min bir yüz əlli beş) manat pul ödəmişdir. Ondan sonra o, birdə pul ödəməmişdir. Cavabdeh1 müqavilə üzrə 585 (beş yüz səksən beş) manat əsas borc, 174 (bir yüz yetmiş dörd) manat peniya, 1770 (bir min yeddi yüz yetmiş) manat cərimə olmaqla cəmi 1929 (bir min doqquz yüz iyirmi doqquz) manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh2 arasında 13 sentyabr 2022-ci il tarixli, 00000273 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC - nin Astara mağazasından 1833 (bir min səkkiz yüz otuz üç) manat dəyərində mətbəx mebeli nisiyə götürmüşdür. Həmin müqavilədə ona ödəniş cədvəli təqdim edilmişdir və o, həmin ödəniş cədvəlində qeyd olunan məbləği müəyyən olunmuş müddətdə "xxxx" MMC - nin Astara filalındakı mağazasına ödəməli idi. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Lakin sonradan X3 müqavilənin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Lakin Cavabdeh2 12 dekabr 2022-ci il tarixə kimi borclu olduğu 1833 (bir min səkkiz yüz otuz üç) manatdan 600 (altı yüz) manat pul ödəmişdir. Cavabdeh2 müqavilə üzrə 1233 (bir min iki yüz otuz üç) manat əsas borc, 89 (səksən doqquz) manat peniya, 2466 (iki min dörd yüz altmış altı) manat cərimə olmaqla cəmi 3788 (üç min yeddi yüz səksən səkkiz) manat borcu vardır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdi və verdiyi izahatında bildirdi ki, o, 13 sentyabr 2022-ci il tarixli, 00000273 nömrəli nisyə alqısatqı müqaviləsinə əsaən "xxxx" MMC - nin Astara mağazasından 1833 (bir min səkkiz yüz otuz üç) manat dəyərində mətbəx mebeli nisiyə götürmüşdür. Maddi imkanı olmadığına görə borcunu tam ödəyə bilməmişdir. Ancaq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi şişirdilmişdir.Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə baxış iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 57 (əlli yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli, 00000257 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" MMC - nin Astara mağazasından 1740 (bir min yeddi yüz qırx) manat dəyərində mətbəx mebeli və modul dərya dolab mebeli nisiyə götürmüşdür. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi baarədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Mülki işə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, 00000273 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" MMC - nin Astara mağazasından 1833 (bir min səkkiz yüz otuz üç) manat dəyərində mətbəx mebeli nisiyə götürmüşdür. Həmin müqavilənin 2 – ci maddəsində qeyd edilir ki, “ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% - dək həcmdə “Müştəri” penya ödəyir. Həmin müqavilənin 5 – ci maddəsində qeyd olunur ki, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, "xxxx" – nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və AZN məbləğində cərimənin ödənilməsi baarədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Mülki işə əlavə edilmiş İddiaçı MMC-nin arayışından məlum olur ki, İddiaçı MMC ilə bağlanmış müqavilərə əsasən Cavabdeh1 10 dekabr 2022-ci il tarixə kimi 1155 (bir min bir yüz əlli beş) manat ödəniş etmiş, 585 (beş yüz səksən beş) manat ödənilməyən borcu qalmışdır. Mülki işə əlavə edilmiş İddiaçı MMC-nin arayışından məlum olur ki, İddiaçı MMC ilə bağlanmış müqavilərə əsasən Cavabdeh2 26 dekabr 2022-ci il tarixə kimi 600 (altı yüz) manat ödəniş etmiş, 1233 (bir min iki yüz otuz üç) manat ödənilməyən borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 324.1-ci maddəsinə müvafiq olaraq əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görəşifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan RespublikasıMM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan RespublikasıMM-in 567-ci maddəsində qeyd olunub ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə qeyd edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından da məlum olur ki, hazırki mülki iş üzrə satıcı «X6 Company” MMC alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları alıcılara vermişdir, lakin alıcılar əşyaların dəyəri olan pulu müəyyən olunmuş müddətdə satıcıya tam olaraq ödəməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi Cavabdeh1 ilə bağlanmış 10 fevral 2022-ci il tarixli, 00000257 nömrəli müqaviləsi üzrə iddia etdiyi 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində cərimə pulu azaldılaraq 1000 (bir min) manat məbləğində və Cavabdeh2 ilə bağlanmış 13 sentyabr 2022-ci il tarixli, 00000273 nömrəli müqaviləsi üzrə iddia etdiyi 2466 (iki min dörd yüz altmış altı) manat məbləğində cərimə pulu azaldılaraq 1466 (bir min dörd yüz altmış altı) manat həddində müəyyən edərək, bu halı qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 57 (əlli yeddi) manat 87 (səksən yeddi) qəpik dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «nisyə götürülmüş malların pulunu, öhdəliyin icra edilməməsinə görə faizlərin və cərimənin ödənilməsi tələbinə dair» iddiası qismən təmin olunsun.

1. 10 fevral 2022-ci il tarixli, 00000257 nömrəli müqavilə üzrə Cavabdeh1 585 (beş yüz səksən beş) manat əsas borc, 174 (bir yüz yetmiş dörd) manat peniya, 1000 (bir min) manat cərimə olmaqla cəmi 1159 (bir min yüz əlli doqquz) manat manat;

2. 13 sentyabr 2022-ci il tarixli, 00000273 nömrəli müqavilə üzrə Cavabdeh2 1233 (bir min iki yüz otuz üç) manat əsas borc, 89 (səksən doqquz) manat peniya, 1466 (bir min dörd yüz altmış altı) manat cərimə olmaqla cəmi 2788 (iki min yeddi yüz səksən səkkiz) manat məbləğində pul alınıb,iddiaçı «X6 Company” MMC-yə verilsin.

3. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı «X6 Company” MMC-yə verilsin. İddia 1770 (bir min yeddi yüz yetmiş) manat hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar