Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-55/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsinin nümayəndəsi X3 iştiraklı ilə, iddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsinə qarşı “Aktın ləğvi və hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsinə qarşı “Aktın ləğvi və hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Astara Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli, 216442 saylı, 09 mart 2022-ci il tarixli, 255284 saylı, 30 mart 2022-ci il tarixli, 255295 saylı və 24 iyun 2022-ci il tarixli, 261548 saylı aktların ləğv olunması və həmin aktlar əsasında ona hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı X9 Məhkəmə iclasında iştirak etmədi. Cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsinin nümayəndəsi X7 hazırki mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 rayonu, Əsxənəkəran kəndində yaşayır. Yoxlama zamanı onun tərəfindən elektrik sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyinə görə "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsi tərəfindən 12 mart 2021-ci il tarixli, 216442 saylı, 09 mart 2022-ci il tarixli, 255284 saylı, 30 mart 2022-ci il tarixli, 255295 saylı və 24 iyun 2022ci il tarixli, 261548 saylı aktlar tərtib edilmişdir. Lakin, 12 mart 2021-ci il tarixli, 216442 saylı, 09 mart 2022-ci il tarixli, 255284 saylı, 30 mart 2022-ci il tarixli, 255295 saylı və 24 iyun 2022-ci il tarixli, 261548 saylı aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət edilmədən tərtib edilmişdir. Həmin aktların tərtib edilməsi zamanı hal şahidlərinin iştirakı təmin olunmamışdır. Akt sübütlar olmadan tərtib olunmuşdur. Bundan başqa "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsinin rəisinin imzası və möhürü aktda təsdiqini tapmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X13 Cəmiyyətinin nümayəndəsi X8 izahat verərək bildirdi ki, o, işə mahiyyəti üzrə baxılmasını tələb edir və iddia tələbini qəbul etmir. Belə ki, 12 mart 2021-ci il tarixdə, 09 mart 2022-ci il tarixdə, 30 mart 2022-ci il tarixdə və 24 iyun 2022-ci il tarixdə X13 Cəmiyyətinin Astara Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirərək məlum olmuşdur ki, X1 elektrik sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Nəticədə iddiaçıya dəymiş ziyan (borc) hesablanmışdır. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 ailə üzvüləri ilə birlikdə Astara rayonu, Şahağacı kəndində yaşayır. Mülki işə əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələrinin tərəfindən imzalanmış 12 mart 2021-ci il tarixli, 216442 saylı, 09 mart 2022-ci il tarixli, 255284 saylı, 30 mart 2022-ci il tarixli, 255295 saylı və 24 iyun 2022-ci il tarixli, 261548 saylı aktlardan görünür ki, X1 və ya onların ailə üzvüləri tərəfindən elektrik sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Naqilin en kəsiyinin ölçüsü 04 mm-lik, 06 mm-lik və 10 mm-lik iki damarlı alüminium. X4 həmin aktlar üzrə 581 (beş yüz səksən bir) manat, 64 (altmış dörd) qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı X5 əri X1 və ya onun ailə üzvülərindən kimsə elektrik sayğacının giriş xəttini zədələyərək sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyinə görə 12 mart 2021-ci il tarixli, 216442 saylı, 09 mart 2022-ci il tarixli, 255284 saylı, 30 mart 2022-ci il tarixli, 255295 saylı və 24 iyun 2022-ci il tarixli, 261548 saylı aktlar tərtib olunmuşdur. Bu hal qeyd edilən aktlar və 01 DVD diskindəki görüntülərlə təsdiqini tapmışdır. Nəticədə 581 (beş yüz səksən bir) manat, 64 (altmış dörd) qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan 12 mart 2021-ci il tarixli, 216442 saylı, 09 mart 2022-ci il tarixli, 255284 saylı, 30 mart 2022-ci il tarixli, 255295 saylı və 24 iyun 2022ci il tarixli, 261548 saylı aktlar da görünür ki, aktlar "xxxx" ASC-nin nümayəndələrinin iştirakları ilə tərtib edilmişdir. X1 və ya onun ailə üzvüləri iusə aktları imzalamaqdan imtina etmişlər. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Astara Elektrik şəbəkəsinə qarşı “Aktın ləğvi və hesablanmış borcun silinməsi tələbinə dair” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-55/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-55/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver