Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-551/2023 10.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 və “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X2 iştiraklı ilə, İddiaçı cavabdehlər “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “cavabdehlər “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə qarşı “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 16 fevral 2023-cü il tarixdə, 285036 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 740 (yeddi yüz qırx) manat, 74 (yetmiş dörd) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Astara rayonu, Maşxan kəndində yaşayır. Hər bir vətəndaş kimi iddiaçı da, aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. Lakin 16 fevral 2023-cü il tarixdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin Astara elektrik stansiyasının xidmət sahəsinin əməkdaşları Astara rayonu, Maşxan kəndində yerləşən fərdi yaşayış evinə aid işıq sayğacına baxış keçirtmişlər. Halbuki, evdə heç kim olmadığı halda əməkdaşlar sayğacı açıb aparmışlar. Bu barədə akt da tərtib etmişlər. Sonradan, iddiaçıya məlum olmuşdur ki, onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 16 fevral 2023-cü il tarixdə, 285036 nömrəli akt tərtib olunmuş və həmin aktda guya çıxarılan sayğaca iddiaçı tərəfindən müdaxilə olunması göstərilmişdir. Qeyd etdi ki, iddiaçı sayğaca heç bir müdaxilə etməmiş və əsassız olaraq “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin Astara elektrik stansiyası 16 fevral 2023-cü il tarixdə, 285036 nömrəli akt tərtib olunmuş və həmin aktda kənar xəttin aşkar edilməsi göstərilmişdir. Bunun nəticəsində isə guya işıq sayğacına müdaxilə olunduğu üçün itirilmiş işıqın bərpası məqsədilə iddiaçının barəsində 740 (yeddi yüz qırx) manat, 74 (yetmiş dörd) qəpik məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Qeyd olunanlara əsasən bildirmişdir ki, işıq sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakları təmin edilməmiş, yalnız cari ilin fevral ayında bundan xəbər tutmuş “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin Astara elektrik stansiyasına gedərək aktı əldə etmişdir. İddiaçı işıq sayğacına müdaxilə etməsi, onun təqsirli hərəkət və hərəkətsizliyin nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır. Odur ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 16 fevral 2023-cü il tarixdə, 285036 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 740 (yeddi yüz qırx) manat, 74 (yetmiş dörd) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, işqı sayğacından kənar qalıq aşkarlanıb. Sözügedən sayğac həmin tarixdə açılıb aparılmayıb. Hal şahidlərinin iştirakı və tələbi ilə qanunla aradan qaldırılıb. Foto və video tələb olunur. Evdə həmin vaxt adam da olmuşdur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X5, cavabdeh “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur, Astara rayonu, Maşxan kəndində yaşayır. Mülki işə əlavə edilmiş Azərişıq” ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış 16 fevral 2023-cü il tarixdə, 285036 saylı aktdan görünür ki, sayğac sxemdən çıxarılaraq birbaşa yəni sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi halı müəyyən edilmişdir. Bu hal cavabdeh “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X2 təqdim etdi 01 ədəd DVD diskinə baxış keçirilərkən də müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmiş və buna görə də 16 fevral 2023-cü il tarixdə, 285036 saylı akt tərtib olunmuş, nəticədə 740 (yeddi yüz qırx) manat, 74 (yetmiş dörd) qəpik məbləğində borc hesablanmışdır. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-551/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-551/2023
10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver