Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-563/2023 22.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək: xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu İMEİ KODU **********62571 XİAOMİ REDMİ NOTE 9 PRO MARKALİ TELEFON üçün 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********62571 XİAOMİ REDMİ NOTE 9 PRO MARKALİ TELEFON üçün 701 (yeddi yüz bir) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə; ümumilikdə 1187 (min yüz səksən yeddi) manat borc, 31 (otuz bir) manat 87 (səksən yeddi qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 514 (beş yüz on dörd) manat 80 (səksən) qəpik (12 ay x 42.9 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********62571 XİAOMİ REDMİ NOTE 9 PRO MARKALİ TELEFON üçün ümumilikdə , 416 (dörd yüz on altı) manat olmaqla ondan, 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli, müqaviləsinə əsasən, alqı-satqı qiyməti 827 (səkkiz yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik (12 ay x 58.4 manat +127 manat ilkin ödəniş) İmei kodu İMEİ KODU **********62571 XİAOMİ REDMİ NOTE 9 PRO MARKALİ TELEFON üçün ümumilikdə, 771 (yeddi yüz yetmiş bir) manat olmaqla ondan 701 (yeddi yüz bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 70 (yetmiş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 262 (iki yüz altmış iki) manat 60 (altmış) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat, 87 (səksən yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu İMEİ KODU **********62571 XİAOMİ REDMİ NOTE 9 PRO MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********62571 XİAOMİ REDMİ NOTE 9 PRO MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 379 (üç yüz yetmiş doqquz) manat əsas, cərimə 37 (otuz yeddi) manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 701 (yeddi yüz bir) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat, 87 (səksən yeddi) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 07 (yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 701 (yeddi yüz bir) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə; ümumilikdə 1092 (min doxsan iki) manat borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat, 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-563/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-563/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver