Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-571/2023 12.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh X3 qarşı «borc tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 cavabdeh X3 qarşı «borc tələbinə dair» iddia verərək, cavabdeh X1 "xxxx" QSC-nin xeyrinə 40009910 saylı 27 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1500 (bir min beş yüz) manat borcun, 0.00 (sıfır) manat cərimə borcunun, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 40009910 saylı, 27 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 1800 (bir min səkkiz yüz) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin X3 qarşı olan 1500 (bir min beş yüz) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə nisyə alğısatqı müqaviləsi üzrə alıcıya bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdehin sonuncu dəfə 21 aprel 2021-ci il tarixdə ödəniş etmişdir. Nəticədə onun 1500 (bir min beş yüz) manat əsas, 0.00 (sıfır) manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş fiziki şəxs "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 27 may 2022-ci il tarixli, 40009910 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən görünür ki, cavabdeh 1800 (bir min səkkiz yüz) manat dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 27 may 2022-ci il tarixli, 40009910 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-nə olan 01 saylı əlavədən görünür ki, cavabdeh X4 06 ay müddətinə 250 (iki yüz əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan 05 fevral 2020-ci il tarixli, R-xx/xx-0217 saylı sazışdən görünür ki, "xxxx" MMC-nin X3 qarşı olan 1500 (bir min beş yüz) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş 14 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 27 may 2022-ci il tarixli, 40009910 nömrəli “Nisyə alqı satqı müqaviləsi” üzrə 14 mart 2023-cü il tarixə "xxxx" QSC-nə 1500 (bir min beş yüz) manat əsas borcun, 0.00 (sıfır) manat cərimə, ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdeh X3 27 may 2022-ci il tarixli, 40009910 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə "xxxx" MMC-yə borcu olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X2 "xxxx" QSCyə 1500 (bir min beş yüz) manat borcu yaranmışdır. Ona görə də, həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat, 40 (qırx) qəpik dövlət rüsumu da, onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 1500 (bir min beş yüz) manat borcun, 0.00 (sıfır) manat cərimə borcunun, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulub iddiaçı "xxxx" QSC-nə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-571/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-571/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver