Məhkəmə qərarları › İş №2(018)-578/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-578/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-578/2023 15.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmeninin rəhbəri Süleymanlı R.X iddia verərək:

1. 11 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********24943 Xiomi Redmi 9 markalı telefon üçün 285 (iki yüz səksən beş) manat, 10 (on qəpik) ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat, 90 (doxsan) qəpik cərimə;

2. 13 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********964959 Samsung Galaxy A10 markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə;

3. 19 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********38809 Samsung Galaxy A10 markalı telefon üçün 47 (qırx yeddi) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat, 50 (əlli) qəpik cərimə,

4. 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********97669 Samsung Galaxy A10 markalı telefon üçün 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumillikdə 611 (altı yüz on bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 11 noyabr 2020-ci il tarixli, 13 dekabr 2019-cu il tarixli, 19 fevral 2020-ci il, 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24943 Xiomi Redmi 9 markalı telefon, İMEİ Kodu **********964959 Samsung Galaxy A10 markalı telefon, İmei Kodu **********38809 Samsung Galaxy A10 markalı telefon, İmei Kodu **********97669 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 611 (altı yüz on bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 482 (dörd yüz səksən iki) manat, 50 (əlli) qəpik İMEİ Kodu **********24943 Xiomi Redmi 9 markalı telefon üçün ümumilikdə 314 (üç yüz on dörd) manat olmaqla, ondan 285 (iki yüz səksən beş) manat 10 (on) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat, 90 (doxsan) qəpik cərimə; 13 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat olmaqla İmei Kodu **********64959 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 181 (bir yüz səksən bir) manat olmaqla, ondan 165 (bir yüz altmış beş) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 16 (on altı) manat cərimə; 19 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 334 (üç yüz otuz dörd) manat, 80 (səksən) qəpik İmei Kodu **********38809 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 52 (əlli iki) manat olmaqla, ondan 47 (qırx yeddi) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 4 (dörd) manat, 50 (əlli) qəpik cərimə, 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 391 (üç yüz doxsan bir) manat, 20 (iyirmi) qəpik İmei Kodu **********97669 Samsung Galaxy A10 markalı telefon üçün ümumillikdə 64 (altmış dörd) manat olmaqla, 59 (əli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 13 dekabr 2020-ci il, 19 fevral 2020-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi 04 aprel 2020-ci il və cəmi ödədiyi məbləğ 1011 (bir min on bir) manat, 90 (doxsan) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 11 noyabr 2020-ci il tarixli, 22036575 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ Kodu **********24943 Xiomi Redmi 9 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 13 dekabr 2019-cu il tarixli, 01122782 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ Kodu **********964959 Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 19 fevral 2020-ci il tarixli, 20113736 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********38809 Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 06 avqust 2020-ci il tarixli, 21058009 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********97669 Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 11 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 285 (iki yüz səksən beş) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat, 90 (doxsan) qəpik cərimə, 13 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 19 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən 47 (qırx yeddi) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat, 50 (əlli) qəpik cərimə, 06 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMCnə 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 611 (altı yüz on bir) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 11 noyabr 2020-ci il, 13 dekabr 2020-ci il tarixli, 19 fevral 2020-ci il tarixli, 06 avqust 2020-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 11 noyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 28 (iyirmi səkkiz) manat, 90 (doxsan) qəpik məbləğindəki dəbbə pulu azaldırlaraq 03 (üç) manat həddində, 13 dekabr 2019-cu il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 16 (on altı) manat məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində, 19 fevral 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 4 (dörd) manat, 50 (əlli) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat, 06 avqust 2020-cil tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 5 (beş) manat məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 11 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 285 (iki yüz səksən beş) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə, 13 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, 19 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 47 (qırx yeddi) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 59 (əlli doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar