Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-581/2023 24.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X6 iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək:xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən «Qabyuyan Hoffman» üçün 595 (beş yüz doxsan beş) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə;xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********23119 SAMSUNG GALAXY A21S üçün 428 (dörd yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 42 (qırx iki) manat 80 (səksən) qəpik cərimə; ümumilikdə 1125 (min yüz iyirmi beş) manat borc, 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh X4 iddiaçı "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli, müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) «Qabyuyan Hoffman» üçün ümumilikdə, 654 (altı yüz əlli dörd) manat olmaqla ondan 595 (beş yüz doxsan beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59 (əlli doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli, müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626 (altı yüz iyirmi altı) manat 80 (səksən) qəpik (18 ay x 32.6 manat + 40 manat ilkin ödəniş) İMEİ KODU **********23119 SAMSUNG GALAXY A21S üçün ümumilikdə, 471 (dörd yüz yetmiş bir) manat olmaqla ondan 428 (dörd yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 42 (qırx iki) manat 80 (səksən) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 262 (iki yüz altmış iki) manat 60 (altmış) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X4 "xxxx" MMC-ndən «Qabyuyan Hoffman» almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X4 "xxxx" MMC-ndən İMEİ KODU **********23119 SAMSUNG GALAXY A21S almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, cavabdeh X2 xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 595 (beş yüz doxsan beş) manat əsas, cərimə 59 (əlli doqquz) manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 428 (dörd yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 42 (qırx iki) manat 80 (səksən) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdeh X2 xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 595 (beş yüz doxsan beş) manat ödənilməmiş hissə, 09 (doqquz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 428 (dörd yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 02 (iki) manat 80 (səksən) qəpik cərimə; ümumilikdə 1035 (min otuz beş) manat borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-581/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-581/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver