Məhkəmə qərarları › İş №2(018)-583/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-583/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-583/2023 15.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri X1 iddia verərək:

1. 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********00657 Xiaomi Redmi 9A markalı telefon üçün 256 (iki yüz əlli altı) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat, 40 (qırx) qəpik cərimə;

2. 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********88530 Xiaomi Redmi 9A markalı telefon üçün 218 (iki yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 21 (iyirmi bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 522 (beş yüz iyirmi iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 05 sentyabr 2020-ci il tarixli və 05 sentyabr 2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********00657 Xiaomi Redmi 9A markalı telefon, İmei kodu **********88530 Xiaomi Redmi 9A markalı telefon almış və nəticədə 522 (beş yüz iyirmi iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 398 (üç yüz doxsan səkkiz) manat olan İmei kodu **********00657 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə 282 (iki yüz səksən iki) manat olmaqla, ondan 256 (iki yüz əlli altı) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 25 (iyirmi beş) manat, 40 (qırx) qəpik cərimə; 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 387 (üç yüz səksən yeddi) manat, 60 (altmış) qəpik olan İmei kodu **********88530 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə 240 (iki yüz qırx) manat olmaqla, ondan 218 (iki yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 21 (iyirmi bir) manat, 60 (altmış) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 310 (üç yüz on) manat, 60 (altmış) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2020-ci il tarixli, 21137838 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********88530 Xiaomi Redmi 9A markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2020-ci il tarixli, 21137866 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********00657 Xiaomi Redmi 9A markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 256 (iki yüz əlli altı) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat, 40 (qırx) qəpik cərimə, 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 218 (iki yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 21 (iyirmi bir) manat, 60 (altmış) qəpik cərimə olmaqla, ümumilikdə 522 (beş yüz iyirmi iki) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 05 sentyabr 2020-ci il tarixli, 21137838 nömrəli və 05 sentyabr 2020-ci il tarixli, 21137866 nömrəli müqavilələri üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 05 sentyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 25 (iyirmi beş) manat, 40 (qırx) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 4 (dörd) manat həddində və 05 sentyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 21 (iyirmi bir) manat, 60 (altmış) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 4 (dörd) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 05 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 256 (iki yüz əlli altı) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 05 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 218 (iki yüz on səkkiz) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə olmaqla, ümumilikdə 483 (dörd yüz səksən üç) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 05 sentyabr 2020-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 21 (iyirmi bir) manat, 40 (qırx) qəpik hissəsində və 05 sentyabr 2020-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 17 (on yeddi) manat, 60 (altmış) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar