Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Astara rayonu İş № 2(018)-6/2023 17.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və iddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızının cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Astara rayon Notariat ofisi və Azərbaycan Respublikası İN yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edərək İddiaçı1 payının müəyyən edilməsi, maneələrin və özbaşınalıq hərəkətlərinin son qoyulması, torpaq sahəsinin zəbtdən azad edilməsi və dövlət rüsumlarının ödənilməsi tələbinə dair” əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon Məhkəməsinin 13 aprel 2023-cü tarixli, 2(018)-6/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızının cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Astara rayon Notariat ofisi və Azərbaycan Respublikası İN yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edərək İddiaçı1 payının müəyyən edilməsi, maneələrin və özbaşınalıq hərəkətlərinin son qoyulması, torpaq sahəsinin zəbtdən azad edilməsi və dövlət rüsumlarının ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 sentyabr 2021 ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 qız və onun ailə üzvlərinin paylı mülkiyyətlərinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,10 hektar torpaq sahəsi cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 Abdul oğlunun qanunsuz sahibliyindən azad edilsin və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızına verilməsi, iş üzrə ekspertiza xərci olan 126 (bir yüz iyirmi altı) manat məbləğindəki pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızından müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. İş üzrə mütəxəssislərə ödənilmiş 96 (doxsan altı) manat pul cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınıb, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızına verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğindəki pul vəsaitinin yarısı, yəni 25 (iyirmi beş) manat hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızından müştərək qaydada, digər 25 (iyirmi beş) manat hissəsi isə cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 Abdul oğlundan müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 Abdul oğlundan müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızına ödənilsin qət edilmişdir. Qətnamə qəbul olunduqdan sonra İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızı məhkəməyə ərizə ilə müraciət edərək əlavə qətnamənin çıxarılmasını xahiş etmişlər. X3 izahat verərək bildirmişdir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərcini təşkil edən 126 manat pul da iddianın təmin edilmiş hissəsinə münasibətdə təmin edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə iş üzrə əlavə qətnamənin çıxarılması barədə məsələyə baxılmasını zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı və ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğundan ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pul vəsaitinin yarısı, yəni 63 (altmış üç) manat hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızından müştərək qaydada, digər 63 (altmış üç) manat hissəsi isə cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 Abdul oğlundan müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ekspertiza xərcini təşkil edən 126 manat məbləğindəki pul vəsaitinin yarısı, yəni 63 (altmış üç) manat hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Şükürova (Əliyeva) Nuranə Sürət qızından müştərək qaydada, digər 63 (altmış üç) manat hissəsi isə cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 Abdul oğlundan müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Əlavə qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-6/2023
Astara Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(018)-6/2023
17.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver