Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-607/2023 25.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X5 psixi qüsuru olduğuna görə fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, 27 dekabr 1967-ci il təvəllüdlü X5 onun doğma qardaşıdır. X1 “Şizofreniya, fasiləsiz gedişli, paranoid F20 diaqnozu ilə Astara rayon Mərkəzi xəstəxanasinin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatinda durur. X10 uşaqliqdan qeyd edilən xəstəliyindən əziyyət çəkir. Xəstəliyi nəticəsində hərəkətlərinin mənasını anlaya bilmir. Onun kənar şəxsin köməkliyinə ehtiyaci vardir. X7 fəaliyyət yoxdur. Qeyd etdiyi kimi xəstə X3 yaxın qohumu olduğu üçün və onlar ilə birlikdə yaşadığına görə ona bütün xidmətlər göstərir. Psixi qüsuru nəticəsində özünü idarə edə bilmir, hərəkətlərinin mənasını anlaya bilmir.O,hərəkətlərinin mənasını başa düşmədiyindən, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. xx.xx.1967-ci il təvəllüdlü X5 psixi qüsuru olduğuna görə fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 27 dekabr 1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 şəhəri, S.Vurğun küçəsi 89 ünvanında yaşayır. İş materiallarında olan TƏBİB-nin “Astara Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli arayışından görünür ki xx.xx.1967-ci il təvəllüdlü Astara şəhər sakini X5 şizofreniya, fasiləsiz gedişli, paranoid forma F20.0 diaqnozla xəstədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 3047 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idrə etmək iqtidarına malik deyil. Buna görədə X5 tam fəailiyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 şizofreniya, fasiləsiz gedişli, paranoid forma, psixi hal ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 01 noyabr 2023-cü il tarixli 3047 rəyini nəzərə alaraq, məhkəmə 27 dekabr 1967-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 dekabr 1967-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-607/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-607/2023
25.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver