Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-608/2023 17.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” iddiası barədə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Ərçivan qəsəbəsində 0,07 hektar torpaaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadrat metr olan fərdi yaşayış evindən 3500 (üç min beş yüz) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın predmetinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Ərçivan qəsəbəsində 0,07 hektar torpaaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadrat metr olan fərdi yaşayış evindən 4000 (dörd min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, ağır xəstə olmasına görə məhkəmə iclasına gələ bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı imzaladığı iddia ərizəsindən məlum olur ki, oğlu X1 Cavabdeh ilə 02 dekabr 2013-cü il tarixdə evlənmişlər. Evləndikdən sonra onun mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində 2021-ci ilin əvvəlinədək yaşamışlar. Bu müddətdə onların 14 aprel 2012-ci il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdeh ona mütəmadi olaraq hörmətsizlik etmişdir. Cavabdeh 2021-ci ilin fevral ayında evdən çıxıb getmişdir. Fərdi yaşayış evi 21 iyun 2021-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh onunla fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Buna baxmayaraq Astara rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(018)-759/2021 saylı qətnaməsi ilə cavabdehin “yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbi qismən təmin edilmiş, Cavabdeh, uşaqları, 14 aprel 2012-ci il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin həmin evdə onunla birlikdə yaşaması qeyri-mümkündür. Qeyd etdi ki, Astara rayonu, Ərçivan qəsəbəsində orta aylıq mənzil kirayə haqqın 60 (altmış) manat təşkil edir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Astara rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(018)- 759/2021 saylı qətnaməsi ilə onun, uşaqları, 14 aprel 2012-ci il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 55 (əlli beş) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmaqla, Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 21 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kvadrat metr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərçivan qəsəbəsində orta aylıq kirayə haqqın 60-70 manat miqdarındadır. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(018)- 759/2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh, uşaqları, 14 aprel 2012-ci il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Beləliklə, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının oğlu olan X1 Cavabdeh ilə 02 dekabr 2013-cü il tarixdə evlənmişlər. Evləndikdən sonra iddiaçının mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində 2021-ci ilin əvvəlinədək yaşamışlar. Bu müddətdə onların 14 aprel 2012-ci il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. 06 iyul 2021-ci il tarixli, 2(018)-759/2021 saylı qətnaməsi ilə Cavabdeh, uşaqları, 14 aprel 2012-ci il təvəllüdlü X2 və 03 avqust 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyun 2021-ci il olan çıxarışında qeyd edilən, Astara rayonu, Ərçivan qəsəbəsində 0.07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadtar metr İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən 21 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsi və 115.5 kvadrat metr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh isə iddiaçı ilə onun fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Həmçinin kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam barədə tələbi evin mülkiyyətçisi İddiaçı vermişdir. Hazırda iddiaçı cavabdehin 4000 (dörd min) manat kompensasiya müqabilində evdən istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 4000 (dörd min) manat məbləğdə kompensasiya ağlabatan olmaqla, onun mənafeyinə uyğundur. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh yaşayış sahəsindən istifadə etmək hüququna 4000 (dörd min) manat pul verməklə, onun istifadə hüququna xitam verilməsi elə bir əvəzləşdirmədir ki, Cavabdeh İddiaçı verdiyi kompensasiya hesabına əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşaya bilər. Azərbaycan Respublikası Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin ikinci tərəf lazımi surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 51 (əlli bir) manat məbləğində mediasiyaya dair xərci fərdi qaydada təkbaşına ödəmişdir. Ona görə də, 51 (əlli bir) manat məbləğində olan mediasiyaya dair xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50 (əlli) manat məbləğində olan dövlət rüsumu cavabdehdən alınıb, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” iddiası təmin olunsun. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində 0,07 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 115,5 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə, xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan dövlət rüsumu və mediasiyaya dair xərcinə görə 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-608/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-608/2023
17.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver