Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-624/2025 12.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı miras qalmış əmlakdan imtina etməsi barədə vermiş olduğu ərizələrin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehna qarşı miras qalmış əmlakdan imtina etməsi barədə vermiş olduğu ərizələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2010-cu il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan imtina etməsi barədə Astara rayon Notariat Ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 8i-2365 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli 8i- 403 reyestr nömrəli ərizələrinin (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) və xx.xx.2029cu il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlakdan imtina etməsi barədə xx.xx.2024-cü il tarixli 8i-402 reyestr nömrəli (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) ərizənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehna qarşı miras qalmış əmlakdan imtina etməsi barədə vermiş olduğu ərizələrin ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-624/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-624/2025
12.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver