Məhkəmə qərarları › İş №2(018)-627/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-627/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-627/2023 23.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia verərək: Cavabdeh 28 iyun 2021-ci il tarixli müqavilə üzrə X1 EACS üçün 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə borcu, ümumilikdə 500 (beş yüz) manat pul məbləğinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 28 iyun 2021-ci il tarixli, STN03-6419 nömrəli alqı satqı müqaviləsinə əsasən cavabdeh X1 EACS almış və nəticədə 899 (səkkiz yüz doxsan doqquz) manat borcu yaranmışdır. Lakin, cavabdeh üzərinə götürmüş öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən 28 iyun 2021-ci il tarixli müqaviləsi üzrə 429 (dörd yüz iyirmi doqquz) manat əsas borc, 71 (yetmiş bir) manat dəbbə pulu (cərimə borcu) yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 28 iyun 2021-ci il tarixli, STN03-6419 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMCndən 899 (səkkiz yüz səksən doqquz) manat olan “Eletrolux Artrim EASC” markalı kondisioneri 18 ay ödəniş etmək şərti ilə kreditə almışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, Cavabdeh 28 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən İddiaçı MMC-yə ödənilməmiş 429 (dörd yüz iyirmi doqquz) manat əsas, 71 (yetmiş bir) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 28 iyun 2021-ci il tarixli müqavilə üzrə borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 28 iyun 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 71 (yetmiş bir) manat məbləğindəki dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 (otuz) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə, ümumilikdə 434 (dörd yüz otuz dörd) manat hissəsi tutulub İddiaçı MMC-yə ödənilsin. İddia 28 iyun 2021-ci il tarixli müqaviləsi üzrə 66 (altmış altı) manat hissəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ İddiaçı: İddiaçı MMC-yə ASTARA RAYON MƏHKƏMƏSİ Bakı şəh., Nizami rayonu, Q.Qarayev prospekti AZ-0700 Astara şəhəri 102, H.Əliyev prospekti 7 Tel: (025) 225-24-30 mənzil 73 Fax: (025 ) 225-24-40 Cavabdeh: Cavabdeh № 2(018)-929/2022 Astara rayonu, Pensər kəndi “28” 07 2022-ci il Astara Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(018)-929/2022 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti ___ vərəqə. Astara rayon Məhkəməsinin hakimi: Mübariz Məmmədov. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU 28 iyul 2022-ci il İş №-2(018)-929/2022 Astara şəhəri Astara rayon Məhkəməsi Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə məhkəmənin baxış iclası keçirilir. Sədrlik edən saat 09:45-də məhkəmə iclasını açıb İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağını elan edir. Sədrlik edən mülki işin materiallarını nəzərdən keçirib məhkəmənin müşavirə otağına getdiyini elan edir. Sədrlik edən müşavirəyə gedir. Sədrlik edən müşavirədən qayıdır. Sədrlik edən qətnaməni elan edib saat 10:00-da məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Məhkəmə iclas katibi: Tərtib edildi: 28 iyul 2022-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar