Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-644/2023 26.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2022-ci il tarixli. 000696 müqavilə üzrə 629 manat 55 qəpik pulun və 30 (utuz) manat dövlət rüsumunun cavabdehlər alıcı Cavabdeh2 və zamin Cavabdeh1 Tural oğlu tərəfindən iddiaçı "xxxx" MMC-yə (direktor Elvin Nəzərov) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Sahibkarlıq fəaliyyəti göstərən “Prestuj Home" MMC ilə Cavabdeh2 ilə bağlanılmış, 07 sentyabr 2022-ci il il tarixli, 000696 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti bir ədəd 533 (beş yüz otuz üç) manat məbləğində Samsunq Aİ3*4GB ******************************9 İMBİ kodlu markalı qe mobil telefon təşkil edir. Müqaviləyə əsasən alıcı 533 manat məbləğində borc hissə-hissə olaraq 12 ay müddətinə, aylıq ödəniş 45 (qırx beş) manat olmaqla hər cari ayın 7 tarixədək" satıcımn" hesabına nağd və ya nağdsız qaydada ödəniş edilir. Həmçininödənişvaxtı,məbləği və müddəti bu müqaviləyə edilmiş İ saylı ödəniş cədvəlində əksini tapır. Ödəniştərəflər arasında mal təhvil-təslim olunduqdan sonra aparılır. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün ümumi borcun 1 faizi həcmində“ satıcının" xeyrinə cərimə ödəyir. borclu və zaminə xəbərdarlıq məktubu göndərilmiş, 000696 saylı 07.09. 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə görə hər ay ödənilən 45 (qırx beş)manat ödənişə görə . 443 (dörd yüz qırx üç) manat qalıq borcu olmaqla və gecikdiriimiş 35 (otuz beş) gün iiçün hər günə görə ümumi qalıq məbləğinin 1 faizi həcmində 5.35 manat olmaqla 186 ırıanat 55 qəpik cərimə. xx.xx.2023-cü il tarixinə qədər cəmi 629 manat əlli beş qəpik ödəniş edilməsinə xəbərdarlıq edilmişdir. Odur ki, 07 sentyabr 2022-ci il tarixli. 000696 müqavilə üzrə 629 manat 55 qəpik pulun və 30(utuz) manat dövlət rüsumunun cavabdehiər ahcı Cavabdeh2 və zamin Cavabdeh1 Tural oğlu tərəfindən iddiaçı "xxxx" MMC-yə (direktor Elvin Nəzərov) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 ilə bağlanılmış, 07 sentyabr 2022ci il il tarixli, 000696 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən müqaviləninpredmetibirədəd533 (beş yüz otıız üç) manat məbləğində Samsunq Aİ3*4GB **********379774 3530**********9 İMBİ kodl mobil telefon Cavabdeh2 verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 12 ay müddətinə, aylıq ödəniş 45 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 443 (dörd yüz qırx üç) manat əsas borc, 06 (altı) manat 55 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 443 (dörd yüz qırx üç) manat əsas borc, 06 (altı) manat 55 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-644/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-644/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver