Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-65/2024 25.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X3 oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı “Çıxarışın etibarsız hesab edilib, ləğv edilməsi, evin, torpaq sahəsinin vəsiyyətnamə əsasında adına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında müəyyən etdi: İddiaçı X1 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərlə mübahisəni öz aralarında həll etdiklərini qeyd etmişdir. Odur ki, iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, cavabdeh X2 isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı “Çıxarışın etibarsız hesab edilib, ləğv edilməsi, evin, torpaq sahəsinin vəsiyyətnamə əsasında adına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №2(018)-65/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-65/2024
25.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver