Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-653/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmeninin rəhbəri X1 iddia verərək, 05 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96073 Samsung Galaxy A21S markalı telefon almış 151 (bir yüz əlli bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat, 40 (qırx) qəpik cərimə, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 05 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********96073 Samsung Galaxy A21S markalı telefon almış və nəticədə 167 (bir yüz altmış yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410 (dörd yüz on) manat, 40 (qırx) qəpik olan İMEİ kodu **********96073 Samsung Galaxy A21S markalı telefon telefon üçün ümumilikdə 167 (bir yüz altmış yeddi) manat olmaqla, ondan 151 (bir yüz əlli bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 15 (on beş) manat, 40 (qırx) qəpik cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 258 (iki yüz əlli səkkiz) manat, 80 (səksən) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 05 dekabr 2020-ci il tarixli, 22108575 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********96073 Samsung Galaxy A21S markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 05 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-yə İMEİ kodu **********96073 Samsung Galaxy A21S markalı telefon üçün 151 (bir yüz əlli bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 15 (on beş) manat, 40 (qırx) qəpik cərimə, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 05 dekabr 2020-ci il tarixli müqaviləsi üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 05 dekabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 15 (on beş) manat, 40 (qırx) qəpik olan cərimə azaldılaraq 4 (dörd) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat məbləğindəki dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 dekabr 2020-ci il tarixli müqaviləsi üzrə 151 (bir yüz əlli bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilikdə 155 (bir yüz əlli beş) manat, 60 (altmış) qəpik borc və ödənilmiş 30 (otuz) manat məbləğindəki dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia cərimə ilə bağlı 11 (on bir) manat, 40 (qırx) qəpik hissəsində təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-653/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-653/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver