Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-654/2023 19.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru İsrafilzadə H.F. iddia verərək:xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ **********16631 SAMSUNG GALAXY A32 markalı telefon üçün 584 (beş yüz səksən dörd) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat 60 (altmış) qəpik cərimə;xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən SOYUDUCU HOFFMANN üçün 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə;xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün 149 (yüz qırx doqquz) manat 01 (bir) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat 99 (doxsan doqquz) qəpik cərimə;6.02.2021-ci il tarixli müqaviləsinə əsasən XİAOMİ Mİ BAND 5, Mİ TRUE qulaqlıq, POWER BANK XİAOMİ , İMEİ **********82617 SAMSUNG GALAXY A3 markalı telefon üçün 144 (yüz qırx dörd) manat 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat 24 (iyirmi dörd) qəpik cərimə;xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ **********64976 NOKİA 3310 markalı telefon üçün 104 (yüz dörd) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat 20 (iyirmi) qəpik cərimə;ümumilikdə 1634 (min altı yüz otuz dörd) manat borc və 36 (otuz altı) manat 34 (otuz dörd) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2021ci iltarixli, müqavilə əsasən, alqısatqıqiyməti 785(yeddiyüzsəksənbeş) manat (yəni 18ay x39 manat + 83 manat ilkin ödəniş) İMEİ **********16631 SAMSUNGGALAXYA32 markalı telefon üçünü ümumilikdə, 643 (altıyüz qırxüç) manat olmaqla 584.4 (beş yüz səksən dörd manat qırx qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.6 (əlli səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 728 (yeddiyüziyirmi səkkiz) manat (24 ay x 24 manat + 152 manat ilkinödəniş) SOYUDUCUHOFFMANN üçün ümumilikdə, 553(beş yüz əlli üç) manat olmaqla ondan, 503(beşyüz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50(əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 350.01(üç yüz əlli manatbirqəpik) manat (3 ay x49. 67 manat +201 manat ilkinödəniş) MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün ümumilikdə,164(biryüzaltmış dörd) manat olmaqla ondan, 149.01 (bir yüz qırx doqquz manat birqəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.99(on dörd manat doxsandoqquz) manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 997(doqquz yüz doxsan yeddi) manat (18 ay x 54 manat + 23 manat ilkin ödəniş) XİAOMİ Mİ BAND 5, MİTRUE qulaqlıq, POWER BANK XİAOMİ, İMEİ **********82617 SAMSUNG GALAXY A3 markalı telefon üçün ümumilikdə, 159 (bir yiiz əlli doqquz) manat olmaqla ondan, 144.76 (bir yüz qırx dörd manat yetmiş altı qəpik)manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.24(on dörd manat iyirmi dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2139 iki yüz on üç) manat (14 ay x 15 manat + 3 manat ilkin ödəniş) İMEİ **********64976 NOKİA 3310 markalı telefon üçün ümumilikdə, 115(bir yüz on beş) manat olmaqla ondan, 104.8(bir yüz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.2 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 734 (yeddi yüz otuz dörd) manat 80 (səksən) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 36 (otuz altı) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ **********16631 SAMSUNG GALAXY A32 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən SOYUDUCU HOFFMANN almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən XİAOMİ Mİ BAND 5, Mİ TRUE qulaqlıq, POWER BANK XİAOMİ , İMEİ **********82617 SAMSUNG GALAXY A3 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ **********64976 NOKİA 3310 markalı telefon almışdırİş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 584 (beş yüz səksən dörd) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat 60 (altmış) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 149 (yüz qırx doqquz) manat 01 (bir) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat 99 (doxsan doqquz) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 144 (yüz qırx dörd) manat 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat 24 (iyirmi dörd) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 104 (yüz dörd) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 14 (on dörd) manat 20 (iyirmi) qəpik cərimə, cəmi 1634 (min altı yüz otuz dörd) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36 (otuz altı) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 584 (beş yüz səksən dörd) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 08 (səkkiz) manat 60 (altmış) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 149 (yüz qırx doqquz) manat 01 (bir) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat 99 (doxsan doqquz) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 144 (yüz qırx dörd) manat 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat 24 (iyirmi dörd) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 104 (yüz dörd) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat 20 (iyirmi) qəpik cərimə, ümumilikdə 1509 (min beş yüz doqquz) manat borc, dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-654/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-654/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver