Məhkəmə qərarları › İş №2(018)-658/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-658/2023

17.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-658/2023 17.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X8 idarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli,0371279nömrəliaktınetibarsız hesab edilməsi, 31 mart 2023-cü il tarixli qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 12960 kubmetr ziyanın, yəni 1555,2 (min beş yüz əlli bes manat iyirmi qəpik) manat (borcun) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh Lənkəran X8 idarəsi deyil, ünvan 1 ünvanda yerləşən Cavabdeh qismində cəlb edəsiniz, bundan əlavə iddia ərizəsində göstərilmiş tərtib edilmiş 31 mart 2023-cü il tarixli, ******* nömrəliaktınetibarsız hesab edilməsi, 31 mart 2023-cü il tarixli qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 12960 kubmetr ziyanın, yəni 1555,2 (min beş yüz əlli bes manat iyirmi qəpik) manat (borcun) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı X7 iddiasını müdafiə edərək bildirdi ki, o, Astara rayonu, Səncərədi kəndində yaşayır. Hərbir vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 31 mart 2023-cü il tarixdə Cavabdeh Lənkəran X9 İdarəsinin Astara xidmət sahəsinin əməkdaşları Astara rayonu, Səncərədi kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacının çıxış plastmas borusunun deşilməsini, sayğacdan qaz keçir, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsini bildirərək həmin sayğacı açıb aparmışlar. Bu barədə isə sayğacın dəyişdirilməsi haqqında akt tərtib etmişlər. Sonradan ona məlum olmuşdir ki, onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 31 mart 2023-cü il tarixdə akt tərtib olunmuş və həmin aktda güya çıxarılan sayğaca onun tərəfindən müdaxilə olunması göstərilmişdir. Bildirmək istəyir ki, o, sayğaca heç bir müdaxilə etməmiş. Əsassız olaraq Cavabdeh Lənkəran X9 İdarəsinin Lənkəran X8 İdarəsi tərəfindən 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş və həmin aktda güya sayğacın çıxış plastmas borusunun deşilməsini, sayğacdan qaz keçir, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar edilməsi göstərilmişdir. Bunun nəticəsində isə güya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədikbarəmdə 12960 kubmetr həcmində dəymiş ziyan hesablanmışdır. Odur ki, Cavabdeh əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş 31 mart 2023-cü il tarixli, ******* nömrəliaktınetibarsız hesab edilməsi, 31 mart 2023-cü il tarixli qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 12960 kubmetr ziyanın, yəni 1555,2 manat (borcun) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent X3 adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı nömrəli akta əsasən Metrologiya Departamenti və qaz sayğaclarına nəzarət komissiyasının rəyinə görə xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyata 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyata keçən qazın həcminin qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü, təlabnamənin surətindən görünür ki, X5 məxsus Astara rayonu, Səncərədi kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 12960 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosundan məlum olur ki, X5 məxsus Astara rayonu, Səncərədi kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün 1552.20 manat borc hesablanmışdır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X1 rayonu, Səncərədi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu,Səncərədi kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 1552 (min beş yüz əlli iki) manat 20 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu,Səncərədi kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 1552 (min beş yüz əlli iki) manat 20 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar