Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-660/2023 05.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı Vaqif oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt üzrə hesablanmış 716 (yeddi yüz on altı) manat, 72 (yetmiş iki) qəpik cərimənin azaldılaraq 16 (on altı) manat, 72 (yetmiş iki) qəpik həddində saxlanılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Vaqif oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt üzrə hesablanmış 716 (yeddi yüz on altı) manat, 72 (yetmiş iki) qəpik cərimənin azaldılaraq 16 (on altı) manat, 72 (yetmiş iki) qəpik həddində saxlanılması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akta əsasən ona hesablanmış 716 (yeddi yüz on altı) manat, 72 (yetmiş iki) qəpik cərimənin azaldılaraq 16 (on altı) manat, 72 (yetmiş iki) qəpik həddində saxlanılması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı Vaqif oğlu məhkəməyə teleqrama ilə müraciət edərək üzürlü səbəbdən mülki işin baxılmasında iştirak edə bilməməsini göstərib mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı Vaqif oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Vaqif oğlu iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla, orada olan evində yaşayır. 07 aprel 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Astara rayonu Ərcivan qəsəbə üzrə nəzarətçisi onun yaşadığı evə dair elektrik sayğacına baxış keçirərək ona bu barədə bildiriş təqdim etmişdir. Buna baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qurbanov soyadlı sahə nəzarətçisi yaşadığı evə dair elektrik sayğacına kənardan müdaxilə olmasına dair onun barəsində, onun özünün iştirakı və xəbəri olmadan 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt tərtib etmiş və onun buna görə də 716 (yeddi yüz on altı) manat, 72 (yetmiş iki) qəpik cərimələnməsini bildirmişdir. Hesab edir ki, həmin akt əsassız və qanunsuzdur. Belə ki, o, yaşadığı evə dair elektrik sayğacına kənardan müdaxilə etməmiş, 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt onun və ailə üzvülərinin iştirakı olmadan tərtib edilmişdir. Həmçinin 07 aprel 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Astara rayonu Ərcivan qəsəbə üzrə nəzarətçisi onun yaşadığı evə dair elektrik sayğacına baxış keçirmiş, ona bu barədə bildiriş vermişdir. Sayğaca kənar müdaxilə olsaydı o, bildirişdə qeyd edilərdi. O, aylıq olraq 10-15 manatlıq elektrik enerjisi sərf edir. Ona görə də onun borcu azaldılaraq 16 (on altı) manat, 72 (yetmiş iki) qəpik həddində saxlanılmalıdır. Hesab edir ki, 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt əsasız olaraq tərtib edilmiş, 700 (yeddi yüz) manat borc (cərimə) əsassız olaraq hesablanmışdır. Ona görə də o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPMin) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Vaqif oğlu xx xxxxx 1983-cü il tarixdə anadan olmuşdur və Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli aktdan məlum olur ki, baxış zamanı **********02240 nömrəli abunə hesabına dair abonentə məxsus olan evə gedən sayğacdan kənar en ölcüsü 2x10 mm olan elektrik naqili aşkar etmişlər. İddiaçı Vaqif oğlunun qeyd edilən aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abunə haqqında sənədindən məlum olur ki, **********02240 nömrəli abunə hesabına dair abonent İddiaçı Vaqif oğluna məxsus olan Astara rayonu Ərcivan qəsəbəsində yerləşən evin aylıq elektrik sərfiyyatı 10-20 manat olmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçısının izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Səmədov X1 rayonu Ərcivan qəsəbəsində yerləşən evdə yaşayır. Həmin evin aylıq elektrik sərfiyyatı 10-20 manat olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 07 aprel 2023-cü il tarixdə Astara rayonu Ərcivan qəsəbəsində elektrik sayğaclarına baxış keçirilmiş və baxış zamanı **********02240 nömrəli abunə hesabına dair abonentə məxsus olan mənzilə gedən sayğacdan kənar elektrik naqili aşkar edilməsinə dair 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli aktda tərtib etmişlər. Ancaq həmin akt tərtib edilərkən İddiaçı Vaqif oğlu iştirak etməmişdir. Belə ki, cavabdeh tərəfindən həmin baçışın keçirilməsində İddiaçı Vaqif oğluun iştirak etməsi, aktı imzalamaqdan imtina etməsi, **********02240 nömrəli abonentə məxsus olan evə gedən sayğacdan kənar elektrik naqilinin aşkar edilməsinə dair hər hansı bir subut (videogörüntü, hal şahidlərinin iştirakına dair sənəd) təqdim edilməmişdir. Həmçinin iddia ərizəsindən aydın oldu ki, 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli aktın tərtib edilməsindən İddiaçı Vaqif oğlunun məlumat olmamışdır. Həmin onun iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən də imzalanmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin halları rədd edən subutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın” 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçının təqsiri sübut olunmadığından cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Vaqif oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt üzrə hesablanmış 716 (yeddi yüz on altı) manat, 72 (yetmiş iki) qəpik cərimənin azaldılaraq 16 (on altı) manat, 72 (yetmiş iki) qəpik həddində saxlanılması tələbinə dair” iddiası təmin edilsin. 07 aprel 2023-cü il tarixli, NDM 031971 nömrəli akt əsasında abonent kodu **********02240 olan elektrik sayğacına hesablanmış 700 (yeddi yüz) manat borc (cərimə) silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-660/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-660/2023
05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver