Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-674/2024 31.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktının etibarsız hesab edilməsi, həmin akt əsasında 25920 kub. metr qaza görə hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan üzrə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 3110,40 manat məbləğində sayğacın LCD ekranı zədələnib. Göstəricilər və informasiya oxunmadığına görə qanunsuz və əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən onunla "qazın alqı-satqısı barəsində" xx.xx.2021-ci il tarixli 19107 nömrəli müqavilə bağlanmış və həmin ünvan üzrə **********14340 saylı abonent kodu ilə onu istehlakçı kimi qeydiyyata götürmüşdür. Evinin qaz sayğacı həmişə küçə ərazisində olmuşdur. İstehlak etdiyi qazın pulunu qaz nəzarəti çilingəri tərəfindən verilmiş "hesab-bildiriş" əsasında ödəmişdir. Qaz sayğacı ilə heç bir təması da olmamışdır. Hüquqlarını müdafiyə etmək üçün iddia ərizəsi ilə məhkəməyə mürəciət edir. İddia ərizəsi üzrə tələbi, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən adına hesablanmış 3110 manat 40 qəpik borcun silinməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarının 4.8 bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək veziyyetdə saxlanmasina göre cavabdehliyi paylayıcısı daşıyır. Qaz sayğacının mühafizəsi “imperativ” (mecburi) qaydada Qaz Paylayıcının vəzifəsinə aid edilmişdir. Qaz sayğacı çıxanlan anda onun üzərində ola bilən hər hansı bir müdaxilə halına da istehlakçı cavabdeh deyildir. Həmin Qərarın 1.3 bəndinə uyğun olaraq qazın alqı-satqısı barədaki müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli herəkətləri hərəkətsizliyi) habelə digər şərtlərə əsasən dəymiş ziyanın əvəzinin ödənilməsi istehlakçıdan tələb etdikdə bu zaman istehlakçının təqsiri ona sübut edilməlidir. Həmin Qərarın 4-cü ve 30 iyun 1908-ci tanali "Qaz Təchizatı haqqında" Qanunun 13-cü maddesinin 9-cu bəndinə əsasən Qaz paylayıcı tərəfindən qaz sayğacının dəyişdirilməsi,təmir olunmasi və texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdo, bu halda qaz paylayıcı tərəfindan həmin tələbin hüquqi esası göstərilməlidir. Tələbin hüquqi esası göstərilməyən tələb qanunsuz və əsassızdır Dövlet laboratoriya rəyində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* və nə də Tələbnamə sənədində müdaxilənin kimin tərəfinden edilməsi barədə heç bir qeyd, subut ve delil yoxdur. Eyni zamanda cavabdehin təqdim etdiyi sənədlər üzrə istehlakçının təqsirli olması öz əksini tapmamışdır. 60 saylı Qərarının 3.3 bendine esasen Qaz paylayıcısı istehlakçı tərəfindən istehlak edilmiş qaz dəyərini sayğacın gösəericilərinə əsasən tam hesablayır ve her ay istehlakçıya təqdim etdiyi "hesab-bildiriş əsasında onun ödənilməsini tələb edir. X3 arasında qazın alqı-satqisi barədə bağlanmış qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndində qeyd edildiyi kimi yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ile həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Yəni, birtərəfli qaydada sayğacdan keçməyən qaza görə borc hesablaya bilməz. Eyni zamanda hesabladığı qanunsuz və əsassız borc məbləğini "Abonent Saldosu” sənədində istehlakçının adına yükləyə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq Azəriqaz İB tərəfindən adına hesablanmış 3110.40 manat borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında"kı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında 25920 kub. metr qaza görə hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş AZE000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş və Astara rayonu Ərçivan Qəsəbəsində yaşayır. İş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, sayğacın LCD ekranı zədələnmiş, göstəricilər və informasiya oxunmur, kran açıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-6530/Q003 nömrəli aktdan görünür ki, **********036 seriya nömrəli sayğacın sayğacın LCD ekranı zədələnmiş, göstəricilər və informasiya oxunmur, klapan açıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, Astara rayonu, Ərçivan kəndində İddiaçı istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 25920 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan ******* saylı aktdan görünür ki, xx.xx.2022-cü il tarixdə istehlakçı İddiaçı istifadəsi üçün Astara rayonu, Ərçivan qəsəbəsində **********071 nömrəli ZENNER markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan **********14340 nömrəli abonent istehlakçı İddiaçı aid abonentin saldosu sənədinin surətindən görünür ki, **********071 nömrəli qaz sayğacı ilə bağlı 2023-cü il tarixə 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik məbləğində qalıq və aktar qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Ərçivan kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Ərçivan kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-674/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-674/2024
31.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver