Məhkəmə qərarları › İş №2(018)-68/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-68/2024

09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-68/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun azaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2023-ci il tarixli, ******* nömrəli akt əsasında 22776 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2733,12 manat cərimənin azaldılması barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yə qarşı Astara Rayon Məhkəməsində borcun azaldılması barədə iddia qaldırmış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyan həcminə görə cərimənin azaldılaraq 2808 m3 üçün 465.60 man məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Astara rayonu, Şahağacı kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları fərdi yaşayış evimi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacdan kənar qaz xətti aşkar olunmuş ona xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 22776 kub metr itirilmiş qazın Bərpasına görə 2733,12 manat dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdu. Onun həyətindən keçən qeyri-qanuni xəttə görə mənə cərimə yazmışlar. Lakin cərimənidə düzgün yazmamışlar. Yəni onun il ərzində istifadə, etdiyi qazdan dəfələrlə artığını yazmışlar. Cavabdeh təşkilatın aktda göstərdiyi kub metr heç bir əsasa uyğun deyil. Nəyə istinad edərək cəriməni hesablamışlar onuda bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cərimə ona 15 günün cəriməsi yazılmalı idi. Cavabdeh təşkilat isə 365 günün cəriməsini yazmışdır. Heç onların öz təlimatlarında belə cərimə yazmağa ixtiyarları yoxdur. Cərimənin düzgün hesablanmasından ötrü məhkəməyə müraciət etməli olmuş. Cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2023-ci il tarixli, ******* nömrəli akt əsasında 22776 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2733,12 manat cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X1 elektron qaydada məhkəməyə ərizə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakları olmadan baxaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı nömrəli akta əsasən abonentin mənzilinə baxış keçirirkən yeraltı keçiddən 57 mm polad borudan 15 mm plastik boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 365 gün üçün 22776 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosundan məlum olur ki, İddiaçı məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün 2733 (iki min yeddi yüz otuz üç) manat, 12 (on iki) qəpik borc hesablanmışdır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Astara rayonu, Şahağacı kəndində doğulmuş və orada qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayağacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddatindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına odənilir. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış sərfiyatın həcmi və onun əsasında hesablanmış cərimə azaldılmalı, 2808 m3 sərfiyyat üçün 465 (dörd yüz altmış beş) manat 60 qəpik məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış sərfiyatın həcmi və onun əsasında hesablanmış cərimə azaldılsın, 2808 m3 sərfiyyat üçün 465 (dörd yüz altmış beş) manat 60 qəpik məbləğində müəyyən edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar