Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-684/2025 30.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı MMC-nin direktoru X2 Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin direktoru X3 Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4 ay (120 gün) müddətinə hesablanmaqla 1840 (bir min səkkiz yüz qırx) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 90 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 828 (səkkiz yüz iyirmi səkkiz) manat, cavabdehin təqsiri nəticəsində avtomobilin cərimə meydançasında qalması ilə bağlı duracaq pulu və avtomobilin daşınması üçün evakuator xidmətinə ödənilən məbləğ 170 (bir yüz yetmiş) manat, cavabdehin təqsiri nəticəsində avtomobilin açarı tərəfimizdən bərpa olunacağı təqdirdə ödənilməli olan 250 (iki yüz əlli) manat və avtomobilin cavabdehin təqsiri nəticəsində sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1350 (bir min üç yüz əlli) manat olmaqla, cəmi 4438 (dörd min dörd yüz otuz səkkiz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 64.38 manat pulun alınaraq "X1" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Rüfət İsmayılov. Elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru Əziz Əliyev iddia tələbini onunla əsaslandırmışdır ki, "X1" MMC ilə Cavabdeh arasında 25 sentyabr 2023-cü il tarixdə 209/2023 saylı "daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2005-ci il olan, tünd göy rəngli "Opel astra" markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 11500 manat qiymətləndirilmiş və "X1" tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini 36 ay müddətinə, hər ay 460 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən "X1" öz öhdəliklərini yerinə yetirmiş və buraxılış ili buraxılış ili 2005-ci il olan, tünd göy rəngli "Opel astra" markalı. **-AK-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və "daxili maliyyə lizinq müqaviləsi" və müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin müqaviləyə əsasən 4 ay (120 gün) müddətinə hesablanmaqla 1840 (bir min səkkiz yüz qırx) manat aylıq lizing ödənişi, gecikdirilmiş 90 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 828 (səkkiz yüz iyirmi səkkiz) manat (460 manat x 2 /100=9.2 x 90=828 manat) borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə üzrə ödənişləri yerinə yetirməmiş, avtomobili etibarnamə olmadan qanunsuz idarə etdiyi üçün avtomobil polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cərimə meydançasına yerləşdirilmiş və avtomobil orada 27 gün müddətində saxlanılmışdır. Cavabdeh tərəfindən avtomobilin açarları bizə təqdim edilməmiş və avtomobil cərimə meydançasından evakuator vasitəsilə gətirilmişdir. Nəticədə avtomobilin cərimə meydançasında qalması ilə bağlı duracaq pulu və avtomobilin daşınması üçün evakuator xidmətinə ödənilən məbləğ 170 (bir yüz yetmiş) manat və avtomobilin açarı tərəfimizdən bərpa olunacağı təqdirdə ödənilməli olan 250 (iki yüz əlli) manat şirkətimizə cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, cavabdehin qərəzli hərəkətləri nəticəsində qeyd edilən maddi ziyan yaranmışdır. Bundan əlavə cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və tərəfindən avtomobilin saxlanması və istismarı qaydalarının pozulması səbəbindən avtomobil yararsız vəziyyətə düşmüş və avtomobilin təmirinə cəmi 1350 (bir min üç yüz əlli) manat xərclənmişdir. Müqaviləyə əsasən cavabdeh tərəfindən avtomobili lizinq alana lizinq obyektini ondan aldığı vəziyyətdə geri qaytarmaq öhdəliyi götürülmüşdür.Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, yazılı və şifahi xəbərdarlıq edilmiş, telefon danışıqları aparılmış, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş- heç bir ödəniş edilməmişdir. Odur ki, Cavabdeh 4 ay (120 gün) müddətinə hesablanmaqla 1840 (bir min səkkiz yüz qırx) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 90 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 828 (səkkiz yüz iyirmi səkkiz) manat, cavabdehin təqsiri nəticəsində avtomobilin cərimə meydançasında qalması ilə bağlı duracaq pulu və avtomobilin daşınması üçün evakuator xidmətinə ödənilən məbləğ 170 (bir yüz yetmiş) manat, cavabdehin təqsiri nəticəsində avtomobilin açarı tərəfimizdən bərpa olunacağı təqdirdə ödənilməli olan 250 (iki yüz əlli) manat və avtomobilin cavabdehin təqsiri nəticəsində sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1350 (bir min üç yüz əlli) manat olmaqla, cəmi 4438 (dörd min dörd yüz otuz səkkiz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 64.38 manat pulun alınaraq "X1" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmədə iştirak edən zaman iddianı qəbul etməyərək bildirmişdi ki, onun üç ay gecikməsi olub və ona görə avtomobil dayanacağa yerləşdirilib. faizlər də şişib. O, "xxxx" MMC-nin əməkdaşına müraciət etmişdir ki, etibarnamə versinlər ki, o avtomobili götürə bilsin. Lakin ona etibarnamə verməmişlər. Sonra o,xəstələnib faizlərdə hesablanıb. Sonradan o bildirmişdi ki, avtomobil başqa şəxsə satılıb, cərimələr isə ona yazılırmış.İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iştirak edən zaman Cavabdeh izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 209/2023 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2005-ci il buraxılışlı, “Opel astra” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 30 % mükafat məbləği hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 460 manat, ümumilikdə isə 17743 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 25 sentyabr 2023-cü il tarixdə Cavabdeh və "xxxx" MMC arasında 209/2023 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 25 sentyabr 2023-cü il tarixli 209/2023 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan 22 yanvar 2025-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə borcun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 209/2023 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2005-ci il buraxılışlı, “Opel astra” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 30 % mükafat məbləği hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 460 manat, ümumilikdə isə 17743 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh. 4 ay (120 gün) müddətinə hesablanmaqla 1840 (bir min səkkiz yüz qırx) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 90 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 828 (səkkiz yüz iyirmi səkkiz) manat, cavabdehin təqsiri nəticəsində avtomobilin cərimə meydançasında qalması ilə bağlı duracaq pulu və avtomobilin daşınması üçün evakuator xidmətinə ödənilən məbləğ 170 (bir yüz yetmiş) manat və avtomobilin cavabdehin təqsiri nəticəsində sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1350 (bir min üç yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 64.38 manat məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi tərəflər arasında lizinq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 50 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 25 sentyabr 2023-cü il tarixli daxilili maliyə zinq müqaviləsi üzrə 4 ay (120 gün) müddətinə hesablanmış 1840 manat aylıq lizinq ödənişi, 90 gün üçün gecikdirmə faiz kimi hesablanmış 828 manat, avtomobilin cərimə meydançasında qalması ilə bağlı duracaq pulu və avtomobilin daşınması üçün evakuator xidmətinə ödənilən 170 manar, avtomobilin dəymiş ziyan 1350 manat və dövlət rüsumu üçün ödənilmiş 64 (altmış dörd) manat 38 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 25 sentyabr 2023-cü il tarixli daxilili maliyə zinq müqaviləsi üzrə 4 ay (120 gün) müddətinə hesablanmış 1840 manat aylıq lizinq ödənişi, 90 gün üçün gecikdirmə faiz kimi hesablanmış 828 manat, avtomobilin cərimə meydançasında qalması ilə bağlı duracaq pulu və avtomobilin daşınması üçün evakuator xidmətinə ödənilən 170 manar, avtomobilin dəymiş ziyan 1350 manat və dövlət rüsumu üçün ödənilmiş 64 (altmış dörd) manat 38 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-684/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-684/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver