Məhkəmə qərarları › İş №2(018)-69/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-69/2023

14.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-69/2023 14.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçı X6 Cavabdeh1, Maraqlı şəxs3 iştirakları ilə, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Alqı-satqı müqavbiləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Alqı-satqı müqavbiləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 qeydə alınmış 20 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, cavabdehlərin adına qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı X8 iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh1 ilə 13 oktyabr 1981-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından Cavabdeh2 anadan olmuşdur. Cavabdeh1 ilə aralarında olan nikahları 20 iyun 2013-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O 19 noyabr 2013-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Bizim birgə nikah dövründə olduğumuz vaxtda Cavabdeh1 Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi almış və onlar həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikmişlər. Cavabdeh1 ondan xəbərsiz 20 noyabr 2013-cü il tarixdə həmin 0,08 hektar torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. X15 isə həmin 0,08 hektar torpaq sahəsini 30 noyabr 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən anası Maraqlı şəxs3 bağışlamışdır. Hesab edir ki, Cavabdeh1 Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsini qanunsuz olaraq onun razılığı olmadan həmin 0,08 hektar torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. Çünki, həmin torpaq sahəsi onların birgə nikah dövründə əldə etdikləri əmlakdır. Onların birgə mülçkiyyətindir. Bütün bunlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və verdiyi izahatında bildirdi ki, o, iddiaçı X8 13 oktyabr 1981-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onlar arasında olan nikah 20 iyun 2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və məhkəmənin həmin qətnaməsi 20 iyul 2013cü il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün göndərilmişdir. Bundan sonra o, 07 noyabr 2013-cü il tarixdə Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi əldə etmiş və bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Bundan sonra o həmin torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manat pula X2. O, Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsini 07 noyabr 2013-cü il tarixdə əldə edərkən o, iddiaçı X8 ilə birgə nikahda olmamıç və onların nikahlarına xitam verilmişdir. İddiaçı isə ona qarşı əsassız iddia qaldırmışdır. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs3 iddia tələbi ilə razı olmadı və verdiyi izahatında bildirdi ki, X15 onun oğludur. O, Astara rayonu Şahağacı kəndində yerləşən, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən 0,08 hektar torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manata Cavabdeh1 almışdır. Sonra isə 30 noyabr 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Oğlu həmin torpaq sahəsini alarkən həmin torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2, maraqlı şəxslər X15, Astara Notariat ofisinin nümayəndəsi və 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci və 185.6-cı maddəsinə əsasən hazırki mülki işə digər cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, Maraqlı şəxs3 izahatlarını dinləyib, iş materiiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasında müvvəqəti qalmaq üçün vəsiqənin surətindən məlum olur ki, X8 xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur və Rusiya Federasiyası vətəndaşıdır. Mülki işə əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsinin arayışının surətindən məlum olur ki, X8 ilə Cavabdeh1 arasında nikah Astara rayonu Şahağacı kənd icra nümayəndəliyində 13 oktyabr 1981-ci il tarixdə 43 nömrə ilə qeydə alınmışdır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 20 iyun 2013-cü il tarixli 2(018)-469/2013 saylı qətnaməsindən məlum olur ki, X8 ilə Cavabdeh1 arasında Astara rayonu Şahağacı kənd icra nümayəndəliyində 13 oktyabr 1981-ci il tarixdə 43 nömrə ilə qeydə alınmış nikahın bağlanması haqqında akt qeydi pozulmuşdur. Astara Rayon Məhkəməsinin həmin qətnaməsi 20 iyul 2013-cü il tarixdə qanuni qüvvəsini almasına görə icra edilməsi üçün Astara rayon qeydiyyat şöbəsinə göndərilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsinin arayışının surətindən məlum olur ki, X8 ilə Cavabdeh1 arasında Astara rayonu Şahağacı kənd icra nümayəndəliyində 13 oktyabr 1981-ci il tarixdə 43 nömrə ilə qeydə alınmış nikah Astara Rayon Məhkəməsinin 20 iyun 2013-cü il tarixli 2(018)-469/2013 saylı qətnaməsinə əsasən pozulmuş və bu barədə akt qeydi 19 noyabr 2013-cü il tarixdə aparılmışdır. Mülki işə əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsinin nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, X8 ilə Cavabdeh1 arasında Astara rayonu Şahağacı kənd icra nümayəndəliyində 13 oktyabr 1981-ci il tarixdə 43 nömrə ilə qeydə alınmış nikahın pozulması 19 noyabr 2013-cü il tarixdə qeydə alınmışdır. Mülki işə əlavə edilmiş JN-714 A (KOD:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 və X4 mülkiyyətinə Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 noyabr 2013-cü il olan Çıxarışdan məlum olur ki, Cavabdeh1 və X4 ümumi birgə mülkiyyətində Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 və X1 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 noyabr 2013-cü il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyətində Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsini 2500 (iki min beş yüz) manata pula X2. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25 noyabr 2013-cü il olan Çıxarışdan məlum olur ki, X11 mülkiyyətində Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş 30 noyabr 2013-cü il tarixli, reyestrdə 4Ə-767 nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsindən məlum olur ki, X3 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25 noyabr 2013-cü il olan Çıxarışa əsasən mülkiyyətində olan Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından torpaq sahəsini Maraqlı şəxs3 bağışlamışdır. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25 noyabr 2013-cü il olan Çıxarışdan məlum olur ki, Maraqlı şəxs3 mülkiyyətində Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Astara rayon Şahağacı kənd İƏD üzrə nümayəndəliyinin 15 may 2020-ci il tarixli arayışından məlum olur ki, Maraqlı şəxs3 ona məxsus olan 0,08 hektar torpaq sahəsində 2017-ci il tarixdə yaşayış evi inşa etmişdir. Beləliklə məhkəmə iclasında məlum oldu ki, iddiaçı X8 ilə Cavabdeh1 13 oktyabr 1981-ci il tarixdə evlənmişlər və onlar 20 iyun 2013-cü il tarixdə məhkəmə qaydasında boşanmışlar və məhkəmənin həmin qətnaməsi 20 iyul 2013-cü il tarixdə qanuni qüvvəsini almış və onların nikahlarının pozulması isə 19 noyabr 2013-cü il tarixdə qeydə alınmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 və X4 mülkiyyətinə Astara rayonu Şahağacı kəndi ərazisində, JN-714 A (KOD:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh1 isə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 noyabr 2013-cü il olan Çıxarışda qeyd edilən ümumi birgə mülkiyyətində Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi əldə etmişdir. Məhkəmənin qeyd edilən çıxarışın, qeyd edilən şəhadətnamə əsasında verilməsinə dair Azərbaycan Respublikası İqtisati İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran ərazi idarəsinə 22 dekabr 2023-cü il tarixdə etdiyi sorğu cavablandırılmadığından, iddiaçı X6 isə bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında mülki içə baxmağı mümkün hesab etmişdir. İşin faktiki hallarından isə məlum olur ki, Cavabdeh1 Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi əldə edərkən, 07 noyabr 2013-cü il tarixdə, onunla iddiaçı X8 arasında olan nikaha xitam verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi nikahlarına xitam verildikdən sonra Cavabdeh1 mülkiyyətinə keçdiyindən iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması üçün heç bir əsas yoxdur. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

5. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə ülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə görə, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələblərinə görə,ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Alqı-satqı müqavbiləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi tələbinə dair” iddiası əsassız olmasına görə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar