Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-710/2023 20.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2022-ci il tarixli 000621 saylı müqaviləsinə əsasən 404 (dörd yüz dörd) manat 55 (əlli beş) qəpik pulun və 30 (otuz) manat məbləğdə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sahibkarlıq fəaliyyəti göstərən "xxxx" MMC X4 ilə bağlanmış, 30 iyun 2022-ci il tarixli 000621 saylı hissə-hisə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən predmeti bir ədəd 533 (beş yüz otuz üç) manat məbləğində Samsung A13*64GB qeydiyyatlı **********0987212-**********09877 İMEİ kodlu mobil telefon təşkil edir. Müqaviləyə əsasən alıcı 533 (beş yüz otuz üç) manat məbləğində borcu hissə-hissə olaraq 12 ay müddətinə aylıq ödəniş 45 (qırx beş) manat olmaqla hər cari ayın 15 tarixədək “satıcının” hesabına nağd və ya nağdsız qaydada ödəniş edir. Həmçinin ödəniş vaxtı, məbləği və müddəti bu müqaviləyə edilmiş 1-saylı ödəniş cədvəlində əksini tapır. Ödəniş tərəflər arasında mal təhvil-təslim olunduqdan sonra aparılır. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün ümumi borcun 1 faizi həcmində “satıcının” xeyrinə cərimə ödəyir. Qeyd etmişdir ki, alıcı və zaminə xəbərdarlıq məktubu göndərilmiş, 30 iyun 2022-ci il tarixli 000621 saylı nisyə alqı-satqı müqaviləsinə görə hər ay ödənilmiş 45 (qırx beş) manat ödənişə görə, 218 (iki yüz on səkkiz) manat qalıq borcu olmaqla və gecikdirilmiş 35 (otuz beş) gün üçün hər günə görə ümumi qalıq məbləğinin 1 faizi həcmində 5 (beş)manat, 33 (otuz üç) qəpik olmaqla 186 (bir yüz səksən altı) manat, 55 (əlli beş) qəpik cərimə 19 aprel 2023-cü il tarixinə qədər cəmi 404 (dörd yüz dörd) manat, 55 (əlli beş) qəpik ödəniş edilməsinə xəbərdarlıq edilmişdir. Odur ki, 30 iyun 2022-ci il tarixli 000621 saylı müqaviləsinə əsasən 404 (dörd yüz dörd) manat, 55 (əlli beş) qəpik pulun və 30 (otuz) manat məbləğdə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı MMC-dən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla, bir ədəd 533 manat məbləğində Samsung A13*64GB qeydiyyatlı **********0987212-**********09877 İMEİ kodlu mobil telefon götürmüşdür.Maddi vəziyyəti çətin olduğundan borcu vaxtında ödəyə bilmədiyini, əsas məbləği qəbul etdiyini, lakin hesablanmış faiz məbləğinin təmin edilməməsini xahiş edir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, iş üzrə zamin olduğunu, Cavabdeh2 İddiaçı MMC-dən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla,bir ədəd 533 manat məbləğində Samsung A13*64GB qeydiyyatlı **********0987212-**********09877 İMEİ kodlu mobil telefon götürdüyünü, onunda zamin kimi iştirak etdiyini bildirmişdir. Hazırda göstərilmiş faiz məbləğini şişirdilmiş olduğunu hesab edir. Odur ki, hesablanmış faiz məbləğini təmin edilməməsini xahiş edir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 000621 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə, aylıq ödəniş 45 manat olmaqla, bir ədəd 533 manat məbləğində Samsung A13*64GB qeydiyyatlı **********0987212-**********09877 İMEİ kodlu mobil telefon Cavabdeh2 verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 12 ay müddətinə, aylıq ödəniş 45 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 218 manat əsas borc, 10 (on) manat 55 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 218 (iki yüz on səkkiz) manat əsas borc, 10 (on) manat 55 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-710/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-710/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver