Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-714/2023 10.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru İsrafilzadə H.F. iddia verərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED tv üçün 92 (doxsan iki) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 09 (doqquz) manat 50 (əlli) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********26143 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON üçün 266 (iki yüz altmış altı) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN KONDİSİONER üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə borcu yaranmışdır. Ümumilikdə 1121 (min yüz iyirmi bir) manat borc, 31 (otuz bir) manat 21 (iyirmi bir) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 693 (altı yüz doxsan üç) manat (18 ay x 38.5 manat + 0 manat ilkin ödəniş) LG LED tv üçün ümumilikdə 102 (yüz iki) manat olmaqla ondan, 92.5 (doxsan iki manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.5 (doqquz manat əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 507 (beş yüz yeddi) manat (12 ay x 38.7 manat + 42.6 manat ilkin ödəniş) İmei kodu **********26143 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ümumilikdə, 293 (iki yüz doxsan üç) manat olmaqla ondan, 266.6 (iki yüz altmış altı manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.4 (iyirmi altı manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 801 (səkkiz yüz bir) manat (18 ay x 44.5 manat + 0 manat ilkin ödəniş) HOFFMANN kondisioner üçün ümumilikdə, 726 (yeddi yüz iyirmi altı) manat olmaqla ondan, 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66 (altmış altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 981 (doqquz yüz səksən bir) manat 90 (doxsan) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən LG LED tv almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********26143 XİAOMİ REDMİ NOTE 9 MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən HOFFMANN KONDİSİONER almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 92 (doxsan iki) manat 50 (əlli) qəpik əsas, cərimə 09 (doqquz) manat 50 (əlli) qəpik, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 266 (iki yüz altmış altı) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat 40 (qırx) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 92 (doxsan iki) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat 50 (əlli) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 266 (iki yüz altmış altı) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 06 (altı) manat 40 (qırx) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 06 (altı) manat cərimə; ümumilikdə 1036 (min otuz altı) manat borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-714/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-714/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver