Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-72/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Eşçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin ödənilməsindən azad edilməsi, yığılmış aliment borcunun silinməsi və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin ödənilməsindən azad edilməsi, yığılmış aliment borcunun silinməsi və aliment tələbinə dair” məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli, 2(018)-608/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 24 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilməsi, 24 avqust 2009-cu il təvəllüdlü X3 onun yanında saxlanması və 24 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2008-ci ildə faktiki nikah münasibətinə girməklə, evlənmişlər. Bu evlilikdən onların 24 avqust 2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Əvvəllər aralarında olan münasibət normal olsa da, sonradan ər-arvad münasibətləri pozulmuşdur. 2013-cü ildən ayrılmışlar. Ayrıldıqdan sonra uşaqları 24 avqust 2009-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmasına görə Cavabdeh məhkəməyə aliment tələbi ilə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli, 2(018)-608/2013 saylı qətnaməsi ilə 24 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin ondan alınması müəyyən edilmişdir. Buna baxmayaraq X1 2014-cü ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına kimi onun yanında qalmışdır və 2022-ci ilin fevral ayından hal-hazıra kimi də onun yanındadır. X1 anası Cavabdeh yanında qalmaq istəmir. Belə ki, X4 anası Cavabdeh yanında qalarkən Cavabdeh ona baxmamış, onu öz anasının yanında qoyaraq Bakı şəhərində işləməyə getmişdir. Cavabdeh anası yaşlı qadın olmasına görə uşağa baxa bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, İddiaçı ilə 2008-ci ildə faktiki nikah münasibətinə girməklə, evlənmişlər. Bu evlilikdən onların 24 avqust 2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Onlar 2013-cü ildə ayrılarkən uşaqları 24 avqust 2009-cu il təvəllüdlü X4 onun yanında qalmışdır. O, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli, 2(018)-608/2013 saylı qətnaməsi ilə 24 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı alınması müəyyən edilmişdir. İddiaçı düz demir. Uşaq onun yanında olarkən o Amin Veysəlova yaxşı baxmışdır. İddiaçı özü almenti vaxtlı-vaxtında verməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 24 avqust 2009-cu il təvəllüdlü X4 pedaqoq X2 iştirakı ilə heç bir psixoloji təsirə qalmadan, sərbəst şəkildə dindirilərkən valideyinlərinin ayrılmalarına görə atası İddiaçı yanında saxlanmalarını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1990-cı ildə anadan olmuş, Astara rayonu, Pensər kəndində yaşayır. Mülki işə əlavə edilmiş Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli, 2430 saylı arayışdan məlum olur ki, surətindən görünür ki, X4 24 avqust 2009-cu il tarixdə anadan olmuşdur. Onun ataları İddiaçı və anaları Cavabdeh qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, 24 avqust 2009-cu il təvəllüdlü X4 2014-cü ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına kimi və 2022-ci ilin fevral ayından hal-hazıra kimi atası İddiaçı yanında yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon İcra və Probasiya Şöbəsinin 31 oktyabr 2022-ci il tarixli Ay5/297785 saylı arayışından məlum olur ki, İddiaçı Astara Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli, 2(018)-608/2013 saylı qətnaməsi üzrə05 noyabr 2022-ci il tarixə 770 manat aliment borcu vardır. Mülki işə əlavə edilmiş Astara rayon 2 saylı Pensər kənd orta məktəbinin 13 dekabr 2021ci il tarixli 39 saylı arayışından məlum olur ki, 24 avqust 2009-cu il təvəllüdlü X4 2014-cü ilin sentyabr ayında həminməktəbəhazırlıq qrupuna qəbul olunmuş 2019-cu ilin sentyabr ayına kimi həmin məktəbin 5c sinfində oxumuşdur. Mülki işə əlavə edilmiş Astara rayon İH-nın “Qəyyumluq və Himayə” komissiyasının 18 yanvar 2023-cü il tarixli rəyindən və müayinə aktından məlum olur ki, komissiya 24 avqust 2009-cu il təvəllüdlü X3 ataları İddiaçı yanında saxlanmasını məqsədəmüvafiq hesab etmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki nikaha daxil olmuşlar. İddiaçı ilə cavabdehin ər-arvad münasibətlərindən 24 avqust 2009-cu il təvəllüdlü X4 uşaqları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən ayrılmışlar. Hazırda nikahları formal xarakter daşıyır. Ailənin bərpasına ümid yoxdur. Onlar ayrılarkən uşaq əvvəl anasının sonra isə atasının yanında qalmışdır. Hal-hazırda da məhkəmə iclasında da pedaqoq X2 iştirakı ilə heç bir psixoloji təsirə qalmadan, sərbəst şəkildə dindirilərkən 24 avqust 2009-cu il təvəllüdlü X4 atası ilə qalmaq istəməsini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, X3 13 yaşı vardır və onun istəyi nəzərə alınmalıdır. Belə olan halda iddiaçının aliment ödəməsi də məntiqi deyildir. Məhkəmə iclasında həmçinin o da aydın oldu ki, Cavabdeh heç bir yerdə işləmir və onun heç bir yerdəndə qazancı yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddianın aliment tələbi və yığılmış aliment borcunun silinməsi hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Mülki Processual Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 (əlli beş) manat məbləğindəki dövlət rüsumuna görə 20 (iyirmi) manat pul cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin ödənilməsindən azad edilməsi, yığılmış aliment borcunun silinməsi və aliment tələbinə dair” iddiası qismən təmin edilsin.
1. İddiaçı Cavabdeh birgə yaşayışdan olan uşaqları 24 avqust 2009-cu il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılsın.
2. İddiaçı Astara Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli, 2(018)-608/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 24 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilsin.
3. İddianın 24 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində alimenti tələbi və yığılmış aliment borcunun silinməsi tələbi hissəsi təmin edilməsin.
4. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov