Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-738/2024 07.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “aktın etibarsız hesab edilib ləğv edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №-li aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1555 (min beş yüz əlli beş) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddialarını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, abunəçisi olduğu X2 İstismar idarəsinin Astara xidmət sahəsində abunent kodu **********03780 və evdə dörd gözlü qazpiltəsi (PQ-4) 1 ədəd, qənaətli su qızdırıcısı 1 ədəd, iran istehsalı istilik peçi 1 ədəd quraşdırılmış cihazlarlardır. Ailə tərkibi 5 nəfərdən ibarətdir. Astara QİS-nən aldığı bildirişə əsasən vaxtı-vaxtında istifadə etdiyi qaz sərfiyyatının dəyərini həmişə ödəmişdir. Evdə olmadığı vaxt onun, ailə üzvlərinin və heç bir şahidin iştirakı olmadan xx.xx.2023-cü il tarixdə Astara xidmət sahəsini SQ və İş mühəndisi Sahib Hüseynov, TBX çilingəri Ruslan Dadaşov, TQQ və SX çilingəri Elcan Rəhmətov həmin akta əsasən sayğac X4 birliyin metrologiya departamentin sayğacların müayinəsi labaratoriyasında sayğac dövlət yoxlamasından keçərək ******* nömrəli sayğacın içərisindən əzilib və daxili qulaqcıqlarından əzik cizik izləri olub. Qüsura görə nəticədə qaz itkisi müdaxilə yazılmışdır. Halbuki, sayğac açılıb onun zavod və dövlət möhürü üstündə olub. Sayğacın üstündə heç bir zərbəsi əziyi olmayıb. Onun və heç bir şahidin iştirakı olmadan sayğac özbaşına açılıb aparılıb xidmət sahəsinə. Sonradan maşına yüklənilir, aparılır Astaraya, Astarada bir müddət qaldıqdan sonra aparılır X2 İstismar İdarəsinə ambarında qalır, sonradan Bakı şəhərinə aparılıb. Onun xəbəri iştirakı olmadan sayğacı müayinə edilib. Sonra Bakıda labaratoriyada onun köhnə sayğacı açılıb və ona qüsur aktı yazılmışdır. Təbii qazdan istifadə etdiyim dövürdə sərfiyyatı vaxtında ödəmişdir. Əgər o, sayğaca müdaxilə edən idisə, nəyə görə yay aylarında müdaxilə edir, qış aylarında müdaxilə edərdi. Odur ki, cavabdeh Azəriqaz İstehsalat birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №-li aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1555 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1965-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin № 893 nömrəli arayışından görünür ki, Nümayəndə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan ** AA ***9839 seriya və nömrəli etibarnamə sənədindən görünür ki, xx.xx.1970-ci il tarixdə anadan olmuş İddiaçı xx.xx.2023-cü il tarixdə etibarnamədə nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsini 3 (üç) il müddətinə xx.xx.1965-ci il tarixdə anadan olmuş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Nümayəndə etbar etmişdir. İş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2023-ci il tarixli ******* saylı nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıqları var. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2 ünvanında İddiaçı mülkiyyətinə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 12960 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Astara şəhəri Qum küç., ünvanında istehlakçı İddiaçı mülkiyyətindən ******* nömrəli qaz sayğacı yaşayış olmadığından çıxarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosu sənədindən görünür ki, ünvan 2 ünvanında **********03780 abonent nömrəli istehlakçı İddiaçı 04.2023-cü il tarixə 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik qalıq və aktar qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 1555 (min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 1555 (min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-738/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-738/2024
07.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver