Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-740/2023 24.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təkrar hazırlıq iclası 24 iyul 2023-cü il tarixə təyin edilmişdir. 24 iyul 2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş ərizədən görünür ki, hazırki iş üzrə İddiaçı iddia ərizəsini baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh X2 məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə İddiaçı iddia ərizənin baxılmamış saxlanmasını iddia ərizəsinin qaytarılması kimi qiymətləndirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-740/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-740/2023
24.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver