Məhkəmə qərarları › İş №2(018)-744/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-744/2023

02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-744/2023 02.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə və X1 İdarəsinə qarşı “Aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun abunə kodundan silinməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və X1 İdarəsinə qarşı “Aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun abunə kodundan silinməsi tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, 28 aprel 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun abunə kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə haırlıq iclası 22 iyun 2023-cü il il tarixdə keçirilərək məhkəmə baxışı iclasının keçirilməsi 05 iyul 2023-cü il tarixə və 24 iyul 2023-cü il tarixlərə təyin edilmiş və tərəflərə məlumat verilmişdir. Lakin iddiaçı İddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasları barədə olan bildirişləri almasına baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə və X1 İdarəsinə qarşı “Aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun abunə kodundan silinməsi tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan aldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır (MPM-in 260.4-cü maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaç İddiaçı Cavabdehnə və X1 İdarəsinə qarşı “Aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun abunə kodundan silinməsi tələbi” barədə olan iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, ondan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar