Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-754/2023 06.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təkrar hazırlıq iclası 06 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədə Ərizəçi bildirdi ki, oğlunu ekspertizaya apara bilməyib və ona görə ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş edib o, barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Ərizəçi iddiaçı X1 ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və əlavə olunmuş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-754/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-754/2023
06.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver