Məhkəmə qərarları › İş №2(018)-764/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-764/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-764/2023 03.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 1103(min yüz üç) manat və 31,03 (otuz bir manat,üç qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 03 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********57713 «SAMSUNG GALAXY A12 » və 24 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən Hisense Paltaryuyan almış və nəticədə 1103 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə 03 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 571,20 (beş yüz yetmiş bir manat,iyirmi qəpik) manat olan 18 ay müddətinə, ilkin ödəniş 15 manat olmaqla hər ay 30,90 manat ödəmək şərti ilə İMEİ Kodu **********57713 «SAMSUNG GALAXY A12 » üçün ümumilikdə 238 (iki yüz otuz səkkiz) manat olmaqla, ondan 216,20 (iki yüz on altı manat,iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,80 (iyirmi bir manat ,səksən qəpik) manat cərimə borcu və 24 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1045,80 (min qırx beş manat,səksən qəpik) manat olan 18 ay müddətinə,hər ay 58,10 manat ödəmək şərti ilə Hisense Paltaryuyan üçün ümumilikdə 865 (səkkiz yüz altmış beş) manat olmaqla, ondan 786,80 (yeddi yüz səksən altı manat,səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78,20 (yetmiş səkkiz manat,iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh yuxarıda qeyd olunan məbləğdən 614 manat ödəniş etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, 18 ay müddətinə, ilkin ödəniş 15 manat olmaqla hər ay 30,90 manat ödəmək şərti ilə İMEİ Kodu **********57713 «SAMSUNG GALAXY A 12 » markalı telefon və 24 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, olan 18 ay müddətinə,hər ay 58,10 manat ödəmək şərti ilə Hisense Paltaryuyan almışdır.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ümumilikdə 1103(min yüz üç) manat borcu vardır.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.

4. Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31,03 (otuz bir manat, üç qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 100 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1013 (min on üç manat) manat və 31,03 (otuz bir manat,üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31,03(otuz bir manat, üç qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh 1003 (min üç manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə borcu,cəmi 1013 (min on üç manat) manat və 31,03 (otuz bir manat,üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. 2.İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar